World Endurance Championship (WEC) çempionatının Le-Kastelledə keçirilmiş ilk mövsüm testləri keçən həftə başa çatmışdır. Şənbə günü keçirilmiş son testlərdə Porsche komandasının pilotları yenidən ən yaxşı vaxt göstərərək testləri 100 faizlik nəticə ilə tamamlamışdırlar. Testlərin ikinci günündə ən yaxşı vaxtı Porsche Motorsport komandasının pilotu Brendon Hartli göstərmişdir.
Alman komandasının Yeni Zelandiyadan olan pilotu 1:37.866 dəqiqəlik vaxtı qırmızı bayraqlardan sonra yenidən başlanan sessiyada göstərmişdir. Sessiyanın saxladılmasına səbəbə isə, Toyota TS050 Hybrid sportprototipinin pilotu Kamuyi Kobayaşının gözlənilmədən tekdə dayanması olmuşdur. Bununla belə, Hartli dünən Nil Yaninin göstərdiyi vaxtı üstələyə bilməmişdir. Ən maraqlısı odur ki, qırmızı bayraqların göstərilməsindən əvvəl liderliyi Toyota komandasının digər pilotu Stefan Sarrazan ələ keçirbmiş. Nəticədə, Stefan Hartliyə cəmi 0,387 saniyə uduzub. Bu o deməkdir ki, Toyota komandasının tempi keçən ilkinə nisbətən hiss olunacaq dərəcədə artmışdır.
Beşinci günü texniki problemlərlə üzləşən Aud Motorsport komandası şənbə günü gündüz sessiyasında ikinci R18 e-tron quattro prototipindən istifadə etməli olmuşdur. Komandanın pilotu Marsel Fassler sessiyanı üçüncü vaxtla (1:39.563) başa vurmuşdur.
Beşinci və sonuncu sessiyada yenidən Porsche pilotları liderlik etmişdirlər. Ümumiyyətlə, alman komandasının pilotları iki gün ərzində baş tutmuş beş sessiyada rəqiblərinə şans tanımamışdırlar. Eyni zamanda, Audi komandasını üstələyib ikinci yeri tutmuş Toyota Motorsport komandasının TS050 sportprototipi uğurlu debütü ilə hər kəsi təəccübləndirə bilmişdir.
LMP1 kateqoriyasında çıxış edən özəl komandalar arasında ən yüksək nəticələr göstərən komanda Rebellion Racing komandası olmuşdur. Bu komandanın pilotları Mateo Tuşer və Nelson Pike birinci və ikinci yeri tutaraq, Olivye Uebbin başçılıq etdyi Bykolles komandasının heyətini üstələmişdir.
LMP2 kateqoriyasında günün tempini Rusiya komandası G-drive təyin etmişdir. Komandanın pilotu Roman Rusinov dövrəni 1:47.024 dəqiqə ilə başa vuraraq liderliyə yüksəlmişdir. GTE Pro kateqoriyasında `Ford Chip Ganassi, GTE Am kateqoriyasında Gulf Racing komandası liderlik etmişdirlər.
Çempionat iştirakçıları növbəti dəfə 17 aprel tarixində Siverstounda mövsümün ilk yarışı olan «Silverstounun 6 saatı» marafonunda üzbəüz gələcəklər.