Volvo şirkətinə məxsus olan Polestar firması, müstəqil avtomobil istehsalçısı kimi ilk avtomobilini təqdim edib. Polestar 1 adını almış kupe hibrid güc qurğusu ilə hərəkətə gəlir.

Hibrid güc qurğusu 600 at qüvvəsinə və 1000 Nm fırlanma anına malikdir. Onun tərkibinə daxil olan 2,0-litrlik benzin mühərriki ön təkərləri hərəkətə gətirir. İki elektromotor isə, arxa oxun işinə cavabdehdir. Polestar bu elektromühərriklər vasitəsi ilə, döngələrdə fırlanma anını təkərlər arasında effektiv paylayan dartma vektoruna nəzarət sistemini tətbiq edib. Kupe elektrik ötürməsindən istifadə edərək 150 kilometr məsafə qət etmək iqtidarındadır. Bununla belə, avtomobilin dinamik xarakteristikaları açıqlanmayıb.

Polestar 1 kupesi Volvo şirkətinin SPA modul platformasında inşa edilib. Yeni kupe dünyada ilk dəfə olaraq, Öhlins şirkəti tərəfindən hazırlanmış CESi aktiv asqı sistemi ilə təchiz edilib. Asqının hər bir dayağı elektonika ilə idarələnən klapanla təchiz edilmişdir ki, sürücünün sürüş üslubundan və yol şəraitindən asılı olaraq, bu klapanlar amortizatorların sərtliyini dəyişə bilər. Avtomobilin sürücüsü bu parametrləri sərbəst şəkildə dəyişmək imkanına da malikdir.

Polestar nümayəndələri kupenin platformasının komponentlərinin 50 faizinin şirkətin mütəxəssisləri tərəfindən yaradıldığını bildirib. Avtomobilin kuzov panellərinin əksər hissəsi karbondan hazırlanmışdır ki, bu da 230 kiloqram çəkiyə qənaət etməyə və kuzovun burulmaya qarşı sərtliyini 45% artırmağa imkan verib. Kupenin çəkisi oxlar arasında 48:52 nisbətində arxa oxun xeyrinə bölünür.

Kupeni mərkəzi kilidini smartfon vasitəsi ilə idarə etmək də mümkün olacaqdır.

Bunun üçün onun sahibi smartfonuna xüsusi mobil əlavəni yazmalıdır. Bununla belə, kupenin sahibi elektron açarı digər istifadəçilərə də verə bilər.  

Gələcəkdə Polestar şirkətinin yeni modelləri tam elektrik güc qurğusu ilə təchiz ediləcəkdirlər. 2019-cu ildə işıq üzü görəcək Polestar 2 modeli Tesla Model 3 sedanı ilə rəqabət aparacaqdır. Bundan sonra, Polestar 3 adlanan krossover təqdim ediləcəkdir. Polestar 1 modelinin istehsalı Çinin Çendu şəhərində yerləşdiriləcəkdir.

 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt