Volvo Cars şirkətinin tərkibinə daxil olan Polestar markası 1 indeksli sportkupelərin seriya öncəsi nümunələrinin istehsalına başlayıb. Göteborqda yerləşən təcrübə istehsalatında krəş-test, temperatur və iqlim sınaqlarında, həmçinin hərəkət xarakteristikalarının qiymətləndirilməsində istifadə ediləcək 34 avtomobili yığacaqdırlar.
İşlərin əksər hissəsi əl ilə aparıldığı istehsalat prosesi Polestar 1 kupesinin yığılması üçün istifadə ediləcək avadanlıq və texnologiyaların hazırlığının yoxlanmasının birinci fazası olacaqdır. Məsələn, karbondan kuzovun hazırlanması üçün yeni avadanlıq və texniki prosesləri yaratmaq gərək olub. Bu avadanlıq gələcəkdə seriya maşınlarının istehsalı üçün Çinin Çendu şəhərindəki zavoda veriləcəkdir.
Polestar şirkətinin icraçı direktoru Tomas İngenlatın sözlərinə görə, yeni prototiplərin buraxılışı seriya istehsalına doğru atılan növbəti addımdır. Avtomobillər mühəndislərə daha dəqiq tənzimləmələri aparmağa yardım edəcəkdir. Bu əmtəə versiyalarının «ideal olmasına» gətirib çıxarmalıdır.
Polestar 1 kupesi keçən ilin payızında təqdim edilib. Kupenin əsasını SPA modul platforması təşkil edir. Karbondan hazırlanmış kuzova malik olan kupe 600 at qüvvəsi və 1000 Nm fırlanma anı hasil edən hibrid güc qurğusu ilə təchiz edilir. Qurğunun tərkibinə arxa oxda quraşdırılan iki elektromotor və qabaq təkərləri hərəkətə gətirən 2,0-litrlik benzin turbomühərriki daxildir. Kupenin Avropadakı satış qiyməti 155 min avrodan başlayacaqdır.