İsveçin Polestar brendi Polestar 4 kupe-krossoverini təqdim edib. O, Polestar 2 və Polestar 3 modellərinin arasında yerləşəcək və brendin hazırkı çeşidində ən yeyin model olacaqdır. İkimühərrikli kross-kupe 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənəcək və dolu batareya ilə 500 kilometrdən çox məsafə qət edəcəkdir. Elektromobilin dizaynı Precept konsertindəki üslubda hazırlanıb - onun arxa pəncərəsi yoxdur, salon isə ekoloji cəhətdən təmiz materiallarla üzlənib.

Polestar markasında modellərin nömrələnməsi onların model xəttindəki mövqeyinə təsir göstərmir. Polestar 4 kross-kupesi həm ölçü, həm də qiymət baxımından Polestar 2 liftbəki və Polestar 3 krossoveri arasındakı boşluğu dolduracaqdır.

Yeni modelin dizaynı 2020-ci ilin Polestar Precept konseptindən götürülüb. Arxa pəncərə də yoxdur, buna görə də panoram dam ikinci sıradakı sərnişinlərin başlarının arxasında bitir, daxili güzgü isə kameradan gələn təsvirin yayımlandığı ekrandır.

Polestar 4 geri irəli çıxan qapı tutacaqları, çərçivəsiz yan şüşələnmə və ikimərtəbəli myolnir-fənərləri ilə öyünə bilər. Kross-kupenin interyeri soft tech üslubunda hazırlanıb, moda və idman geyimləri sənayesindən ilham alır.

Burada daha çox təkrar emal edilmiş və ekoloji cəhətdən təmiz materiallardan, o cümlədən İsveç Tekstil Məktəbi tərəfindən hazırlanmış trikotaj üzlüklərdən, MicroTech biovinildən, Econyl neylonundan, təbii lifli polipropilen və etik yolla alınmış “nappa” dərisindən istifadə olunur.

Elektromobilin multimedia sistemi Android əməliyyat sistemi ilə işləyir. Mərkəzi displeyin diaqonalı 15,4 düymdür. Google xidmətlərinin quraşdırılmış dəstəyi, 13 dinamik (Nappa Paketi ilə 16) və 1400 vattlıq hibrid gücləndiricisi olan Harman Kardon səs sistemi də mövcuddur.

Təhlükəsizliyə doqquz hava yastığı və Mobileye SuperVision yardım sistemi cavabdehdir. O, 12 kamera, radar və 12 ultrasəs sensorundan alınan məlumatlara əsaslanır, maneələrdən yayına və müstəqil şəkildə  zolaqları dəyişə bilir.

Polestar 4 modelinin hər iki versiyası təhlükəli komponentlərinin mənşəyi blokçeyn vasitəsilə izlənilən 102 kilovat-saatlıq (94 kilovat/saat əlçatandır) 400 voltluq CATL batareyasını alacaqdır. Birmühərrikli (272 at qüvvəsi, 343 Nm) krossover dolu batareya ilə 600 kilometrə (WLTP), ikimühərrikli (544 at qüvvəsi, 686 Nm) isə, 560 kilometrə qədər məsafə qət edəcəkdir. 100 km/saata sürətlənmə müvafiq olaraq 7,4 və 3,8 saniyə (brendin bütün modelləri arasında ən yaxşı göstərici) təşkil edəcəkdir.

Bütün Polestar 4 modelləri 200 kilovatlıq şarjı dəstəkləyirlər, üstəlik, onlar istilik nasosu və xarici cihazları qidalandırmaq üçün nəzərdə tutulmuş V2L texnologiyası ilə təchiz olunacaqlar. İkimühərrikli Polestar 4 modelləri həmçinin adaptiv asqıya və idarəetmə rejimləri selektoruna sahib olacaqlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Polestar 4 modeli üçün ilk bazar Çin olacaqdır. Elektromobillərin istehsalı Geely müəssisəsində təşkil ediləcəkdir. İstehsala bu ilin noyabrında başlamaq planlaşdırılır. Qlobal təqdimat 2024-cü ilin əvvəlində baş tutacaqdır. 12 ay ərzində modeli Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionunda satmağa başlayacaqlar. İlkin məlumata görə, Polestar 4 modelinin başlanğıc qiyməti 60 min dollar təşkil edəcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.