Volvo şirkətinin zavod tüninq atelyesi olan Polestar firması İsveç markasının yeni modelləri olan S90 sedanı və V90 universalı üçün tüninq proqramını təqdim etmişdir. Yeni proqram sifarişçilərə mühərrikin gücünü beş at qüvvəsi artırmaq imkanı yaratmışdır. Qeyd etmək lazımdır ki, tüninq proqramı yalnız 235 at qüvvəsinə malik olan 2,0-litrlik D5 dizel güc aqreqatı üçün nəzərdə tutulmuşdur. Polestar atelyesi tərəfindən təkmilləşdirilmiş avtomobillərin 100 km/saat həddinə sürətlənməsinə 0,1 saniyə az zaman tələb olunur.

Beləliklə, Polestar mütəxəssislərinin hazırladığı Volvo S90 sedanı 100 km/saat həddinə sürətlənməyə 6,9 saniyə, V90 universalı isə 7,0 saniyə sərf edir. Bundan əlavə, Polestar tərəfindən tətbiq edilən proqram təminatı səkkiz pilləli avtomatik sürətlər qutusunun işini yaxşılaşdırmağa xidmət edir. Yeni proqram sayəsində ötürmələr daha tez həyata keçirilir, eyni zamanda akseleratorun həssaslığını artmış olur. Atelye tərəfindən təklif edilən məhsullar və tüninq dəstləri İsveç istehsalçısının yarış komandasının mütəxəssislərinin iştirakı ilə yaradılmışdır.

Polestar tərəfindən təkmilləşdirilmiş S90 və V90 modellərini artıq sifariş etmək mümkündür. Bu ilin oktyabr ayından başlayaraq, S90 və V90 modellərinin T6 benzin mühərriki ilə təchiz edilmiş variantları üçün də tüninq proqramı təqdim ediləcəkdir. Proqram mühərriklərin gücünü 316 at qüvvəsinə qədər artırmağa imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt