Volvo şirkətinin tüninq bölməsi olan Polestar şirkəti Volvo XC90 T8 TwinEngine hibrid krossoveri üçün nəzərdə tutlmuş təkmilləşdirmələr proqramını təqdim etmişdir. Tüninq ustalarının səyi nəticəsində krossoverin mühərrikinin gücü 400 at qüvvəsindən 421 at qüvvəsinə, fırlanma anı isə 640 Nm-dən 680 Nm-ə qədər artırılmışdır. İsveç istehsalçısının sözlərinə görə, bu model Volvo markasının tarixində buraxılan ən güclü seriya avtomobilidir.
Hibrid krossover gücü 334 at qüvvəsi olan tubokompressorla və ötürməli kompressorla təchiz edilmiş 2,0-litrlik dördsilindirli mühərriklə təchiz edilmişdir ki, bu aqreqat da adı mühərrikə nisbətən 14 at qüvvəsi daha güclüdür. Benzin mühərriki gücü 80 at qüvvəsindən 87 at qüvvəsinə qədər artırılmış elektomotorla birgə çalışır.
Yeni krossover yerindən 100 kilometr-saat həddinə 5,5 saniyəyə sürətlənmək imkanına malikdir. Yalnız elektrik enerjisindən istifadə etməklə avtomobil 43 kilometr məsafə qət etmək iqtidarındadır. Qarışıq rejimdə Volvo XC90 Polestar modeli 100 kilometrə 2,1 litr yanacaq sərf edir.

Polestar tərəfindən hazırlanmış krossover akselerator pedalına daha həssas reaksiya verir.Bundan əlavə, səkkiz pilləli avtomatik sürətlər qutusu "yüksək yan yüklənmələri zamanı, seçilmiş pilləni saxlayaraq, döngələri qət edərkən arzu olunmayan pillə dəyişmələrini aradan qaldıran" funksiya ilə təchiz edilmişdir. Volvo XC90 Polestar krossoverini artıq Avropada sifariş etmək mümkündür. ABŞ bazarında yeni avtomobil yalnız oktyabrdan başlayaraq təklif ediləcəkdir.
