Polestar markası özünün ikinci seriya modelinin ilk tizerini dərc edib. Yeni modelin təqdimatı yaxın zamanlarda baş tutmalıdır. Yeni avtomobil tamamilə elektriklə hərəkətə gələn dördqapılı fastbək oilacaqdır.
İstehsalçı hələlik Polestar 2 modelinin qısa xarakteristikasını təqdim edib. Fastbək 400 at qüvvəsi hasil edən elektrik güc qurğusuna sahib olacaqdır. Dolu batareya ilə elektrokar 480 kilometr qət edəcəkdir. Bundan başqa, modelin təchizatına Google şirkətinin səs yardımçısı daxil olacaqdır.
İsveçlılər fastbəkin qiymətinin Tesla Model 3 ilə bənzər olacağını da qeyd ediblər. Xatırladaq ki, ABŞ-da Model 3 35,6 min dollardan başlayan qiymətlər ilə satılır.