Polestar şirkəti özünün ikinci modeli olacaq elektrik fastbekində debüt edəcək, Android sisteminin bazasında yaradılan məlumat-əyləncə sisteminin interfeysini göstərib. Eyni zamanda, isveç markası Polestar 2 modelinin kompleksin ekranlarının birində «gizlədilmiş» ikinci tizeri dərc edib.
Yeni multimedia sistemini sınaqdan keçirmək də mümkündür. Bunun üçün smartfona və ya planşetə xüsusi tətbiqi yükləmək kifayətdir. Tətbiqisistemə həsr edilmiş xüsusi nümayiş saytından yükləmək olar. Mediasistemin əsas funksiyalarına giriş dörd əlavə vərəqdən aparılır: dairəvi müşahidə kameralarının aktivləşdirilməsi, tətbiqlər, kontaktlar və avtomobilin funksiyaları. Displeyin köməkliyi ilə klimat-kontrolu və elektron təhlükəsizlik sistemlərini idarə etmək, sükan və enerjinin rekuperasiyası sistemlərinin parametrlərini tənzimləmək, həmçinin elektrik enerjisinin sərfiyyətına nəzarət etmək mümkündür.
Multimedia sisteminin Google servisləru olan «Xəritə», «Təqvimlər» və firma səs yardımçısı ilə sıx inteqrasiyanı əldə edəcəkdir. Bundan başqa, Google Play mağazasındakı tətbiqləri də quraşdırmaq imkanı olacaqdır.
Polestar 2 modeli Tesla Model 3 elektrokarının rəqibi olacaq dördqapılı elektrik fastbəkidir. Elektrokar 400 at qüvvəsi hasil edən güc qurğusu ilə hərəkətə gələcəkdir. Dolu batareya ilə elektrokar 480 kilometr qət edəcəkdir.