Polestar markası ilk krossoverinin dizaynı üzərindəki sirr pərdəsini götürüb. Precept konseptinin motivləri üzrə yaradılmış Polestar 3 krossoveri ABŞ və Çində buraxılacaq, onun standart təchizatına Luminar lidarı və NVIDIA kompüteri daxil olacaqdır. Satışa çıxan zaman, krossover iki elektrik mühərriki və “böyük” dartma batareyası olan yeganə modifikasiyada təklif ediləcəkdir. Dolu batareya ilə bəyan edilmiş yürüş məsafəsi 600 kilometrdən çoxdur.
Polestar markasının ilk krossoveri və gələcək Volvo Embla modeli SPA2 platformasında inşa ediləcəklər. Bu arxitektura əvvəldən elektrik güc qurğuları və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqinə hesablanıb, ona görə də, bu platformaya əsaslanan bütün modellərin standart təchizatına Luminar lidarı və mərkəzləşdirilmiş hesablama platforması daxil olacaqdır. Onlar birlikdə avtomagistral avtopilotunun işini təmin edəcəklər.
Polestar 3 krossoverinin təqdimatı oktyabr ayında keçirilməlidir. Elektrik krossoverlərinin ABŞ və Çindəki zavodlardakı istehsalına 2023-cü ilin əvvəlində başlanmalıdır. Hələlik yeganə modifikasiya bəyan edilib - bu, ikimühərrikli güc qurğusu və böyük tutumlu batareya ilə təchiz ediləcək krossoverdir. Onun yürüş ehtiyatı 600 kilometrik üzərində olmalıdır.
Polestar tərəfindən dərc edilmiş videotizer krossoverin Precept konseptinin motivlərinə əsasən yaradıldığına işarə edir. Elektrik krossoveri konseptdən sensor və kameraları olan SmartZone bölməsini, havanın müqaviməti azaldan ön tərəfdəki kəsiyi, habelə Performance idman paketinin bir hissəsi olan qızılı dekoru alacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.