Polestar,şirkəti hazırda «1» və «2» adlı iki seriya modelini təklif edir. Bir müddət bundan öncə, Isveç markası Cenevrə avtosalonunda Precept konseptini təqdim edəcəyini bildirmişdi.
Bu gün Polestar şirkəti Precept konseptinin üzərindən sirr pərdəsini götürüb. Yeni konseptlə birlikdə şirkət ekoloji gələcəyə addım atmaq, dizayn üslubunun və multimedia sistemlərinin hansı istiqamətdə inkişaf edəcəyini göstərmək niyyətindədir. Avtomobilin missiyası onun adında şifrələnib: Polestar’ın müstəqil marka kimi yeni mərhələyə addım atdığını göstərmək və yeni modellədə tətbiq ediləcək bənzərsiz dizayn fəlsəfəsini «metal üzərində» nümayiş etdirmək.
Dizayn baxımından Polestar çox irəliləyib və artıq Volvo'nun ayrılmaz hissəsi kimi qəbul edilmir. Formalar daha kəskin, siluet isə daha dinamikdir. «Myöllnir-fənərlər» (Mjöllnir skadinav mifologiyasında Torun çəkicinin adıdır) yerində qalsa da, bu elementlər tamamilə fərqli bir şəkildə təqdim olunurlar. Şirkət nümayəndələri «atletik minimalizmi», «aerodinamik effektivliyi» və ikinci oturacaq cərgəsindəki sərnişinlərin başı üzərindəki və ayaq zonasındakı məkan; xüsusi ilə vurğulayırlar. Bunlara, 3,1 metrlik uzun təkər bazası və döşəmədə yerləşdirilmiş batareya sayəsində nail olunub.
Polestar Precept konseptinin maraqlı xüsusiyyətlərindən biri ənənəvi radiator barmaqlığının yerinə quraşdırılmış SmartZone panelidir. Bu panelin altında iki radar və yüksək icazəli kamera yerləşdirilmişdir. Görmə qabiliyyətini artırmağa imkan verən aktiv məsafəölçən damda, ön şüşənin kənarında quraşdırılmışdır. SmartZone panelinin üst hissəsində hava axını kuzova sıxan və aerodinamik müqaviməti azaltmaq üçün sürətləndirən kəsik vardır. Arxada isə, üfüqi bıçaq və iki şaquli qanad hava axının burulması ilə mübarizə aparır.
Konsept yan güzgülərdən məhrumdur - onları kameralar əvəzləyib. Salonun plastik panelləri və oturacaqların kürək hissələri 50 faiz daha yüngül və 80 faiz daha az polimeri olan Bcomp biokompoziti ilə əvəz olunub. Oturacaq örtükləri təkrar emal edilmiş plastik şüşələrdən, döşəmə örtükləri isə balıqçılıqda istifadə olunmuş torlardan hazırlanıb. Polestar nümayəndələrinin fikrincə, belə materiallar dəsti «premium sinifinin yeni dəbdəbəsini» müəyyənləşdirməlidir.
Konseptin salonunda 15 düymlük şaquli displey və 12,5-düymlük rəqəmsal cihazlar paneli quraşdırılıb. Bu displeylərə sürücü və sərnişinin gözlərini izləmək üçün kameralar, həmçinin yaxınlaşma sensorları quraşdırılıb. Onlar, ekranların parlaqlığını avtomatik şəkildə tənzimləməyə, həmçinin sürücünün yola uzun müddət baxmadığı təqdirdə onu xəbərdar etməyə imkan verir.
Polestar Precept konseptinin seriya modelinə çevriləcəyi barədə məlumat verilməyib. Konseptin kütləvi debütü mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcəkdir.