Volvo və Geely şirkətlərinin bərabər sahib olduğu Polestar markası bir müddət bundan öncə debüt etmiş Precept konsept avtomobilinin yeni görüntülərini paylaşıb. Şirkətdən şüşələrin və balıq torlarının təkrar emalından alınmış materiallar ilə üzlənmiş salona malik olan konseptin, Polestar 3 krossoveri də daxil olmaqla, markanın gələcək modellərinin dizayn üslubunun inkişaf istiqamətini nümayiş etdirdiyini bildiriblər.
Polestar Precept konsepti haqqında ətraflı məlumat bu ilin fevral ayında açıqlanmışdı. Konsept avtomobilinin ölçüsü BMW 7 Series ilə müqayisə oluna bilər və onun təkər bazasının uzunluğu 3,1 metrdir - bu, Volvo S90 modelində olduğundan 160 millimetr çoxdur. Avtomobilin dizaynı "atletik minimalizm" kimi xarakterizə olunur və gələcəkdə məhz bu konsepsiya Polestar 3 krossoverində tətbiq ediləcəkdir.
Polestar şirkəti Precept konseptində istifadə olunan qeyri-adi tərtibat materialların "əmtəə" modelində də tətbiq ediləcəyi barədə məlumat verməyib. Məsələn, yenidən işlənmiş plastik şüşədən oturacaq örtükləri üçün, köhnə balıqçılıq Torlarından isə döşəmə üçün istifadə edilə bilər. Yeni model haqqında ətraflı məlumat, 2021-ci ilə planlaşdırılan təqdimat öncəsi veriləcəkdir.
Precept konseptinə gəldikdə isə, prototip Polestar markasının nəinki dizayn və ekoloji cəhətdən təmiz texnologiyalar, həmçinin rəqəmsal həllər sahəsində hansı istiqamətdə inkişaf etdəcəyini göstərir. Konsept avtomobildə 15-düymlük şaquli ekran, həmçinin sürücü və sərnişinin gözlərini izləmək üçün quraşdırılmış kameralar və sensorlara malik olan 12,5-düymlük rəqəmsal cihazlar paneli quraşdırılıb. Sürücünün diqqətinin uzun müddət yoldan yayındığı təqdirdə sistem xəbərdarlıq edəcəkdir.
Polestar avtomobillərinin istehsalı Çinin Çandu şəhərinin sənaye mərkəzindəki yeni zavodunda yerləşdiriləcəkdir. Yaxın zamanlara qədər orada yalnız Polestar 1 modeli istehsal olunurdu. Martın aayının sonunda isə, zavodda Polestar 2 modelinin buraxılışına start verilib.
Müəssisənin istehsal gücü ildə 500 min avtomobilin buraxılmasını nəzərdə tutur. İstehsal edilən avtomobillərin bir hissəsi daxili bazada satılacaq, digər hissəsi isə ixrac ediləcəkdir.