Polestar şirkətinin özünün ikinci modelinin növbəti tizerini dərc edərək avtomobilin debüt tarixini açıqlayıb. Polestar 2 adlandırılan fastbəkin təqdimat mərasimi 27 fevral tarixində markanın Göteborqdakı mənzil-qərargahında keçiriləcəkdir. Yeni model geniş kütlə qarşısına Cenevrə avtosalonunda çıxacaqdır.
Polestar fastbəkin qısa xarakteristikalarını açıqlayıb. Polestar 2 modeli 400 at qüvvəsinə malik olan elektrik güc aqreqatı ilə təchiz ediləcəkdir. Dolu batareya ilə elektrokar 480 kilometr məsafə qət edəcəkdir. Fastbək Android sistemində çalışan multimedia sisteminə sahib olacaqdır.
İlkin məlumata görə, Polestar 2 modelinin satış qiyməti Tesla Model 3 elektrokarı ilə eyni olmalıdır. Tam çəkiş sisteminə və 74 kilovat-saatlıq batareyaya malik olan amerikan elektrokarı Avropada 58800 avrodan başlayan qiymətlər ilə satılır.