Bu gün Polestar markasının dünya üzrə 160-a yaxın satış nöqtəsi var. Bu yaxınlarda Finlandiyanın Rovaniemi şəhərində isveç brendinin tamamilə qardan hazırlanmış Snow Space pop-up mağazasını açılıb.
Sərgi salonu kənarları 12 metr uzunluğunda olan kub formasında hazırlanıb və Laplandiyanın paytaxtının şəhər administrasiyasının və şəhər kitabxanasının binalarının qarşısında inşa edilib. Tikinti üçün qar yaxınlıqdakı Ounasvaara xizək kurortundan gətirilib və fevralın sonunda mağaza bağlanandan sonra onu geri qaytaracaqlar.
Kub İsveçin Göteborq şəhərindəki Polestar qərargahını xatırladır və Rovanieminin memarlıq üslubuna uğurla uyğun gəlir. Müharibədən sonra bu şəhərin yenidən bərpası layihəsinə Şimali Avropada modernizmin aparıcı nümayəndəsi və Skandinaviya dizaynının ustası olan Alvara Aalto rəhbərlik edib.
O, Rovanieminin maral başı və buynuz formasında olan planını yaradıb, həmçinin inzibati-mədəni mərkəzin və bir neçə yaşayış binasının layihələndirilməsini həyata keçirib. Şirkətdən qarın brendin rəng palitrasına uyğun gəlidiyini və dayanıqlı iqtisadiyyata sadiqliyini xatırladığını bildiriblər.
Salonun divarlarının qalınlığı iki metrdir. İçəridə Polestar 2 elektrik liftbeki və yerli ustalar tərəfindən buzdan oyulmuş müxtəlif “ehtiyat hissələri” nümayiş etdirilir. Mağaza, martın sonunda açılacaq və dünya arenasında şimal dizaynının ən yaxşı nümunələrini yenidən təbliğ edəcək Artctic Design Week sərgisinin bir hissəsidir.
Layihənin ekoloji cəhətini vurğulamaq üçün, Polestar kubun inşası işlərində Scania elektrik yük avtomobillərindən istifadə edib. Binanın dizaynını brendin memarları hazırlayıb, ideyanı isə Frozen Innovations firması həyata keçirib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.