Volvo şirkətinin zavod tüninq atelyesi olan Polestar şirkəti XC60 krossoverinin hibrid modifikasiyası üçün hazırladığı tüninq proqramını təqdim edib. Mühəndislər mühərrikin gücünü artırmış və səkkiz pilləli avtomatik sürətlər qutusunun üzərində çalışmışdırlar.
Misal olaraq, krossoverin T8 bibrid modifikasiyası təkmilləşdirmələrdən sonra 421 at qüvvəsinə malik olub. Bu standart krossoverdə olduğundan 14 at qüvvəsi çoxdur. Xatırladaq ki, XC60 T8 modelinin güc qurğusunun tərkibinə turbokompressor və mexaniki kompressorla təchiz edilən 2,0-litrlik benzin turbomühərrik, 87 qüvvəli elektromühərrik və 9,2 kilovatt/saatlıq litium-ion batareyaları daxildir.
Bununla belə, Polestar tüninq keçmiş avtomobilin dinamikası barədə məlumat verməyib. Adi Volvo CX60 krossoveri 100 km/saat sürətini 5,3 saniyəyə toplayır.
Volvo şirkətinin iddiasına görə, krossover 100 kilomerə2,1 litr yanacaq sərf edir. Yalnız elektrik ötürməsindən istifadə etməklə krossover 45 kilometr getmək imkanına malikdir.