Florida ştatının yol polisinin əməkdaşları xidməti avtomobildə dreq yarışında iştirak ediblər. NBC2 News kanalı tərəfindən yayılmış videoçarxda polis Dodge Charger avtomobilinin Lamborghini Aventador modeli ilə yarışdığı qeydə alınıb.
Bu yarışma xüsusi ayrılmış yolda deyil, adi şossedə baş tutub. Bu videoçarxın Instagram sosial şəbəkəsində yayılmasından sonra Florida ştatının polis departamenti daxili tədqiqata başlayıb. Tədqiqatın başa çatmasına qədər heç bir əlavə məlumat verilməyəcəkdir.
«Hesab edirəm ki, bu düzgün deyildir, - videonun çüəllifi Dəniel Blək bildirib. - Polis nəfərləri dəfələrlə başqalarını sürət həddini 5 mil/saat pozduqlarına görə cərimə yazaraq cəzalandırıblar. Özləri isə Lamborghini ilə yarışa çıxıblar». Bu yarışma sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub.