Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil Polşa rallisinin ikinci gününü lider olaraq tamamlayıb. Nahar fasiləsindən sonra cərəyan edən dramatik hadisələr səbəbindən liderliyi itirmək təhlükəsi ilə üzləşən Nevil sonunda mövqeyini qoruya bilmişdir.

Şənbə günün ikinci hissəsi belçikalının Ott Tanyaka üç saniyə fərq atması ilə başlasa da, növbəti dop ilk üçlük üçün fəlakətə çevrilmişdir. Bu uöursuzluqlardan ən çox payını alan Toyota pilotu Yari-Matti Latvala olub. 21 kilometrlik xüsusi sahənin yarısını qət etmiş fin pilotun avtomobilində texniki problemlər əmələ gəlib. Yari-Matti və onun şturmanı Mikka Anttila problemi elə trassda həll etməyə çalışsalar da, rallini bitirməklə barışmalı olublar. Bu üçqat vitse-çempion üçün bu il ilk yarışdan kənar qalmadır. Keçirilmiş yeddi mərhələdə Latvala ilk onluqda finiş görüb.

«Biz çox məyusuq. Lakin, bu rallinin bir hissəsidir və bununla barışmaq gərəkdir», - Yarri-Matti Latvala bildirib.

Nevil isə artıq trassın ikinci kilometrində təkəri partladaraq parktiki olaraq disk üzərində finiş görmüşdür.  O, dopu ön qanadlarsız tamamlayan Ott Tanyaka 22 saniyə uduzub. Belçikalə təkəri dəyişərək qalan üç dopu normal tempdə keçsə də, estoniyalının qanadı dəyişmək şansı olmayıb. Avtomobilinin yerəbasma gücü azalan estoniyalı günün sonuna ciddi vaxt itkisinə məruz qalaraq liderliyi əldən vermiş və Nevildən 3,1 saniyə geridə qalmışdır.

«Sabah Tanyakı geridə qoya biləcəyəmmi? Baxarıq», - Nevil finişdə bildirmişdir. 

Latvalanın yarışdan kənar qalmasından sonra, üçüncülüyə Nevilin komanda yoldaşı Heydon Paddon yüksəlib. Liderlərin problem yaşaması Heydona 40 saniyəlik aranı 25 saniyəyə qədər düşürməyə imkan verib və nəzəri olaraq qələbə şansına malikdir. Bunun üçün o, bazar günü keçiriləcək dörd dopda qələbə çalmalıdır.

Qüvvədə olan dünya çempionu və pilotlar çempionatının lideri Sebastyen Ojye səhər altıncı yerdən dördüncülüyə yüksəlsə də, onun gərəkli tempi yaxaladığını söyləmək olmaz.  Gündüz bölməsi zamanı onun Ford Fiesta avtomobilində mühərrikin işləməsində problemlər olub. «Mühərrik qeyri-stabil çalışır. Araşdırmaq lazımdır», - Ojye XS18-in finişində bildirib. 

Günün nəticələrinə görə Sebastyen liderə yarım dəqiqə uduzub. OÖz növbəsində Dani Sordo Ojyedən 11 saniyə geri qalır. Buna səbəb təkərin deşilməsi ucbatından itirilmiş vaxt olub. M-Sport komandasının üçüncü pilotu Teemu Sunninen isə, Sordoya 22 saniyə uduzaraq və Citroen pilotu Stefan Lefevri 14 saniyə qabaqlayaraq, yarışı altıncı yerdə davam etdirir.  

İlk onluğu Mads Ostberq, Elfin Evans və Citroen komandasında Kris Miki əvəzləmiş Andreas Mikkelson tamamlayır.

Bu gün ralli iştirakçılarını 59,6 kilomet uzunluğu olan dörd final dopu gözləyir. Sonunci xüsusi sahənin yarışları Bakı vaxtı ilə 14:18-də başlayacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt