Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil Polşa rallisinin şeykdaununda ən yaxşı zamanı göstərib. Belçikalı ən yaxın təqibçisi olan Ott Tanyakı (M-Sport) 0,2 saniyə üstələmişdir.
“Mən avtomobildən tamamilə razıyam, - Nevil bildirmişdir. – Biz hər hansı bir dəyişikliklər etməmişik, yalnız klirensin üzərində işləmişik. Burada yollar çox pis vəziyyətdədir. Lakin, ümumilikdə özümü sükanın arxasında rahat hiss edirəm”. Şeykdaunda ikinci nəticəni Nevilin komanda yoldaşı Heydon Paddon göstərmişdir. Öz növbəsində M-Sport komandasının çempion pilotu Sebastyen Ojye yalnız dördüncü nəticəni qeydə almışdır. O, liderə bir saniyə uduzmuşdur. Beşinci yeri Toyota pilotu Yari-Matti Latvala tutmuşdur. Onu Dani Sordo (Hyundai) və Esapekka Lappi (Toyota) təqib edir.
İlk onluğu tamamlayan pilotlar Mads Ostberq, Yuho Hanninen və Teemu Sunninen olublar. Citroen pilotlarından ən yeyni 11-ci nəticəni göstərən Andreas Mikkelson olub.