Tyerii Nevil və Ott Tanyak Polşa rallisinin ikinci günü də liderlik uğrunda mübarizəni davam etdiriblər. Səhər bölməsində mübarizəyə başlayan pilotlar onu aralarında 1,3 saniyə fərqlə bitiriblər.
Hyundai və M-Sport komandalarını təmsil edən belçikalı və estoniyalı dörd xüsusi sahə ərzində iki dəfə mövqelərini dəyişiblər. XS12-də Nevil səhvə yol vermiş, Tanyak isə qələbə çalaraq 3,5 saniyəlik fərqlə liderliyə yüksəlmişdir. Növbəti dopda isə Nevil aradakı fərqi 0,4 saniyə azaltmağa müvəffəq olub.
Final xüsusi sahədə isə, Nevil ən yaxşı zamanı göstərərək Tanyakı bir dəfəyə 4,4 saniyə qabaqlayaraq əsas təsnifatda liderliyi geri qaytarmışdır.
«Hazırda mən bir qədər güclü hücuma keçmişəm, amma deyəsən Ott təslim olmaq fikrində deyil. Mən göstərdiyim zamandan çox razıyam. Avtomobil əla çalışır, amma, buna baxmayaraq, trassın müəyyən hissələrində risk etməli oluram. Ümid edirəm ki, səhər bölməsində hava quru olacaqdır. Çünki yağış yağarsa bu fəlakət olacaqdır», - XS14 finişində Nevil bildirmişdir.
Toyota pilotu Yari-Matti Latvala XS11-də qələbə çalsa da, liderlərin tempini saxlaya bilməmişdir. Fin pilot Nevildən 9,5 saniyə geridə qalıb. Qüvvədə olan dünya çempionu Sebastyen Ojyenin də bəxti gətirməmişdir. Günün ikinci dopunda o təkəri dələrək idarəetməni itirib və hasara dəyib. Ojye yarışa davam etsə də, yarım dəqiqə vaxt itkisinə məruz qalaraq altıncı yerə geriləyib və Hyundai pilotları Heyden Paddonu və Dani Sordonu irəli buraxıb.
«Bu dəfə bəxtim gətirmədi. Təkərin deşilməsi birinci dopda baş versə də, növbəti xüsusi sahənin finişinə bir kilometr qalmış təkər tamamilə boşaldı, - Ojye izahat verib. - Mən idarəetməni itirərək hasara dəydim və nəticədə bamper qırıldı». Ojyenin yeni komanda yoldaşı Teemu Sunninen ona 22 saniyə uduzub. Səhər bölməsinin nəticələrinə görə, ilk onluğu Stefan Lefevr, Mads Ostberq və Yuho Hanninen tamamlayıblar.