Hyundai komandasının belçikalı pilotu Tyerri Nevil Polşa rallisində qələbə çalıb. M-Sport pilotu Ott Tanyakın qəza nəticəsində yarışı tərk etməsindən sonra belçikalı rəqibsiz qalıb. Bu zaman onun təqibçisi Heyden Paddon ilə bir dəqiqə ayırırdı.

Ott Tanyak XS21-də avtomobilinin xəsarət almasından sonra yarışı tərk edib. Bazar günü ilk XS-də eston pilot Tyerri Nevili ötərək liderliyə yeksəlsə də, 21-ci Xüsusi Sahədə uğursuzluğa düçar olub. Avtomobilin arxa hissəsi ilə yamaca təmas edən estoniyalı idarəetməni itirib və yerində fırlanaraq ağaca dəyib. Bu qəza nəticəsində Tanyak XS sonunda bir dəqiqə yarım vaxt itirib.

Lakin, komanda mexanikləri avtomobili növbəti dopun başlanğıcına qədər təmir edə bilməyiblər və Ott mübarizəni dayandırmalı olub. «Bununla bizim üçün Polşa rallisi sona yetib. Bizi həftəsonu dəstəkləyən hər bir kəsə təşəkkürümü bildiririəm. Çıx təəssüf ki, komandanı və estoniyalı azarkeşlərin ümidini doğrulda bilmədim. Bağışlayın», - Tanyak Twitter şəbəkəsindəki səhifəsində yazıb.

Beləliklə, Nevilə problemlərdən kənar qalmaq üçün yalnız səliqəli şəkildə yarışı başa vurmaq gərək idi. Belçikalı pilot bu tapşırığın öhdəsindən məharətlə gələrək yarışı qələbə ilə başa vurmuşdur.O hətta, yarışı ikinci bitirən komanda yoldaşı Heyden Paddonla arasını açmağı da bacarmışdır. Nəticədə liderlə Paddonu finişdə 1 dəqiqə 24 saniyə ayırıb. «Mən nəticədən çox razıyam, - Nevil bildirib. - Biz Ojye ilə olan xal fərqini (pilotlar çempionatında) azaltmağa davam edirik. Bu yaxşı nəticədir. Həftəsonunun çox mürəkkəb keçdiyini söyləyə bilərəm.

Mən rallini yaxın rəqibçimdən böyük fərqlə başa vurmağıma çox  şadam».

Polşa rallisini üçüncü bitirən pilot Sebastyen Ojye olub. Eyni zamanda, fransız pilot sonuncu Power Stage sahəsində qələbə çalaraq pilotlar çempionatı üçün vacib olan dörd xalı əldə edib. Polşa rallisindən sonra Ojye ilə Nevil arasında olan xal fərqi 18-dən 11-ə enib. Rallini dördüncü olaraq Dani Sordo (Hyundai), beşinci olaraq Stefan Lefevr (Citroen) bitirib. Rallinin ikinci ən güclü beşlıiyi isə, Teemu Sunninen, Mads Ostberq, Elfiv Evans, Andreas Mikkelson və Yuho Hanninen təşkil edib. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt