Toyota pilotu Yari-Matti Latvala Polşa rallisində keçirimiş beş xüsusi hissədən sonra liderliyə yüksəlmişdir.
Toyota Yaris WRC avtomobilinin pilotu dörd nəfərlik pilot qrupuna liderlik etməyə davam edir. Bu qrupa daxil olan pilotların hər biri yaş Polşa yollarında özlərini yaxşı göstərmişdirlər. Yari-Matti Latvalanın yaxın təqibçiləri Tyerri Nevil, Ott Tanyak, qüvvədə olan dünya çempionu Sebastyen Ojyedir. Ojye öz növbəsində keçmiş komanda yoldaşına 7,3 saniyə uduzur.
Turnir cədvəlində beşinci yerdə Hyundai pilotu Heydon Paddon qərarlaşıb. Bununla belə, Paddon liderdən 43,6 saniyə geridə qalır ki, bu da çox böyük fərqdir. Yeni zelandiyalının ardınca onun komanda yoldaşı Dani Sordo yarışı altıncı yerdə davam etdirir. İlk onluğu Yuho Hanninen, Teemu Sunninen, Elfin Evans və Stefan Lefebr tamamlayır.
Citroen komandasının tərkibində Kris Miki əvəz edən Andreas Mikkelson avtomobilin quru yoldakı tənzimləmələrindən razı qalsa da, yağış şəraitində bu tənzimələr lazımsız olmuşdur. Hazırda Andreas 11-ci yerdə qərarlaşaraq Latvalaya 2 dəqiqə uduzur.