Ehtiyat hissəsələrinin yaradılması və istehsalı ilə məşğul olan Dytko Sport şirkəti Lancer Evolution X sportsedanının xüsusi layihəsini hazırlayıb. Polyaklar bu layihəni yapon istehsalçısını ilə əməkdaşlığın 20 illik yubileyinə həsr ediblər.
Edition R adını almış sedanın dizaynı Mitsubishi şirkətinin firma Dynamic Shield üslubunda hazırlanıbdır. Avtomobil ön fənərləri Eslipse Cross krossoverindən, arxa fənərləri isə, Jaguar modelindən götürülübdür. Əgər yapon istehsalçısı modelin buraxılışını davam etdirsəydi yeni sedan bənzər dizayna malik ola bilərdi.
Avtomobilin texniki hissəsi barədə məlumat verilməyib. Polyaklar yeni elementlərin asanlıqla istənilən Evo X sedanına quraşdırmaq mümkün olduğunu bildiriblər. Xatırladaq ki, “bərkgedən” Lancer sedanlarının istehsalına 2015-ci ildə son verilib. Sonuncu olaraq Final Edition seriyasından olan və 303 at qüvvəli 2,0-litrlik mühərrik ilə təchiz edilmiş 1600 ədəd Lancer Evo X modeli buraxılıb.