Polşada fəaliyyət göstərən Carlex Design tüninq atelyesi xüsusi olaraq hazırlanmış Ford Ranger pikapını təqdim edib. Atelye mütəxəssisləri modelin görünüşünü kökündən dəyişdirərək, onu dəbdəbəli salonla təchiz ediblər.
Yeni layihəni dördüncü nəsil Ford Ranger pikapının əsasında hazırlayıblar. Tüner pikapı qara rəngə boyayaraq, firma loqotiplərini əlavə edib. Bundan başqa, pikapı yeni radiator barmaqlığı mütəxəssislər barmaqlığı və ön bamper ilə təchiz ediblər. Eyni zamanda, mühərrikin karterinin müdafiəsi də gücləndirilib.
Pikap təkər tağlarının genişləndiricilərinə və yolsuzluq şinləri ilə təchiz edilmiş qara rəngli yeni təkər disklərinə sahib olub. Bundan əlavə, avtomobildə tənzimlənən asqı, farkop və yuvarlaq borulardan hazırlanan ayaqaltılar quraşdırılıb.
Tüninq keçmiş pikapın salonu da dəyişikliklərə məruz qalıb. Tüner oturacaqları yenidən üzləmiş, onların mərkəzi hissəsinə toxuma işləməni və gümüş tikişləri əlavə etmişdir. Bununla yanşı oturacaqların alt hissəsi uzadılmışdır.
Tüner dəyişikliklərin qiymıətini açıqlanmasa da, indi sürücü və sərnişinlərin dəbdəbəli Ranger pikapında yolsuzluqda rahat şəkildə hərəkət edə biləcəklərini söyləyir.