Porsche Macan krossoverinin növbəti nəsli elektrik versiyasına sahib olacaqdır. Benzin mühərriki ilə təchiz edilmiş krossoverin model xəttindən çıxarılması ehtimalı da mövcuddur.
“Car and Driver” nəşrinin Porsche şirkətinin rəhbərliyindəki mənbələrinə istinadən verdiyi məlumata görə, Macan krossoveri 2021-ci ildə nəsil dəyişdirməyə hazırlaşır. Yeni Macan modelinin elektrik güc qurğusu ilə təchiz edilmiş modifikasiyası da olacaqdır. Şirkət daxilindəki mənbələr benzin və elektrik mühərriki ilə təchiz edilmiş modifikasiyaların fərqli eksteryer dizaynına malik olacaqlarını bildiriblər. Hər iki versiya ən azı üç il ərzində paralel olaraq satılacaqdırlar. Lakin, bu planlar satış nəticələrinə görə dəyişdirilə bilər.
Elektriklə hərəkətə gələn Macan modelinin satışları Porsche rəhbərliyini qane edəcəyi təqdirdə, benzinlə işləyən krossoverin 2024-cü ildən daha erkən təqaüdə çıxarılması da mümkündür. Porsche Macan elektrokarı Audi ilə birlikdə hazırlanmış PPE (Premium Platform Electric) platformasında inşa ediləcəkdir.