Porsche şirkətinin avtomobillərinin fərdiləşdirilməsi ilə məşğul olan Exclusive bölməsi, 911 sportkarının S modifikasiyaları üçün təkmilləşdirmələr dəstini hazırlamışdır. Bu dəst vasitəsilə Carrera S, Carrera 4S və Targa 4S modellərinin mühərrikinin gücünü 30 at qüvvəsi artırmaq təklif edilir.
Dəstin tərkibinə 3,0-litrlik altısilindrli mühərrikə başqa turbinaların, Sport Chrono dəstinin və yeni buraxılış sisteminin quraşdırılması daxildir. Təkmilləşdirmə nəticəsində mühərrikin gücü 420 at qüvvəsindən 450 at qüvvəsinə qədər artır ki, bu da GTS modifikasiyasında olduğu qədərdir. PDK «robotu» və Sport Chono dəsi ilə təchiz edilmiş adi Carrera S kupesi 100 km/saat sürətini 3,9 saniyəyə toplayır. GTS variantı isə bu işə 3,7 saniyə sərf edir.
Yeni dəstin qiyməti 10139 avro təşkil edir ki, bu da Porsche 911 Carrera S ilə Porsche 911 GTS modellərinin baza variantları arasında olan qiymət fərqini aradan götürmüş olur.
Bununla belə, S modelinə bu dəsti sifarişi edən zaman, alıcı daha geniş kuzova, təkmilləşdirilmiş əyləc və asma sisteminə, həmçinin GTS modelindəki təkər disklərinə sahib olmayacaqdır.