718 ailəsindən olan Cayman GT4, Boxster Spyder, Cayman GTS 4.0 və Boxster GTS 4.0 modelləri bu ilin sonundan etibarən robotlaşdırılmış presedektiv ötürmə qutusu (PDK) ilə sifariş etmnək mümkün olacaqdır. Bu barədə məlumatı Britaniyanın «Evo» jurnalı verib.
Satışların başladığı gündən etibarən, 4.0-litrlik oppozit mühərriki ilə təchiz edilmiş arxaötürməli 718 seriyasından olan idman avtomobillərini yalnız altıpilləli mexaniki ötürmələr qutusu ilə əldə etmək olar.
Cayman GT4 və Boxster Spyder versiyalarında mühərrik 420, Cayman GTS 4.0 və Boxster GTS 4.0 modellərində isə 400 at qüvvəsi hasil edir. Mexaniki transmissiya ilə təchiz edilmiş modellər ilk «yüzlüyü», müvafiq olaraq, 4.4 və 4.5 saniyəyə toplayırlar. PDK «robotu» ilə təchiz edilmiş versiyaların 0,2-0,3 saniyə daha sürətli olacağı gözlənilir.
Beləliklə, məhdud saylı 911 Speedster modelinin ehtiyatları bitdikdən sonra, Porsche çarkasının model çeşidindəiki pedallı versiyada təklif edilməyən model qalmayacaqdır. Bununla belə, alternativi olmayan mexaniki transmissiya, səkkizinci nəsil Porsche 911 GT3 «trek» kupesində yenidən peyda ola bilər.
PDK «robotunun» 4,0-litrlik atmosfer mühərriki ilə təchiz edilmiş ekstremal Porsche 718 modellərində baş vermiş yeganə yeniliyin olmayacağını gözləmək olar. Sınaqları keçirilən prototiplərə baxsaq, alman istehsalçısının daha «bərkgedən» modifikasiyanı hazırladığını söyləmək olar. Bu modelin 718 Cayman RS adlandırılacağı ehtimalı yüksəkdir.
Mənbə: Evo