Porsche şirkəti təkmilləşdirilmiş 718 Cayman GT4 Clubsport trek sportkarını təqdim edib. Sportkar alman markasının modelləri arasında ilk dəfə olaraq, kətan və çətənə liflərindən hazırlanmış kuzov panelləri ilə təchiz edilir.
Yeni kompozit materiallardan qapıların və arxa antiqanadın hazırlanmasında istifadə edilib. Sportkarın qalan detalları əvvəlki kimi alüminium və poladdan hazırlanır. Porsche mütəxəssisləri yeni kompozitin möhkəmlik və çəki sarıdan karbondan geri qalmadığını bildirirlər.
Sportkar iki modifikasiyada təklif edilir: Trackday və Competition. Birinci modifikasiya trek günləri və həvəskar yarışlar üçün nəzərdə tutulub. Trackday modifikasiyasının təchizatına kondisioner, yanğınsöndürən balon, qəza zamanı damdan təxliyə imkanı və 80 litrlik “təhlükəsiz” yanacaq çəni daxildir.
Competition modifikasiyası rəsmi yarış seriyalarında iştirak üçün hazırlanıbdır. 718 Cayman GT4 Clubsport Competition tənzimlənən amortizatorlar, 115 litrlik yanacaq çəni, pnevmoqaldırıcılar, 911 GT3 R modelindən götürülmüş çıxan sükan çarxı və avtomatik yanğınsöndürmə sistemi ilə təchiz edilir.
Hər iki modifikasiya 425 at qüvvəsi və 425 Nm fırlanma anı hasil edən 3,8-litrlik altı silindrli mühərrik, 6-pilləli iki muftalı robotlaşdırılmış transmissiya, gücləndirilmiş ikikütləli nazim-çarx, mexaniki qapanmalup modelindən alınmış ön yarış asqısı ilə təchiz edilir.
Porsche 718 Cayman GT4 Clubsport Trackday 134 min, Competition isə 157 min avrodan başlayan qiymətlər ilə satılır. Hər iki variant ümumi yollarda istismara icazə verən sertifikata malikdirlər.