Porsche markasının Avstraliyadakı dileri olan Porsche Centre Brisbane şirkəti 718 Cayman GT4 RS modifikasiyasının buraxlacağını təsdiq etmişdir. İnstagram sosial şəbəkəsindəki dərc edilmiş statusu sonradan silinsə də, istifadəçilər onu skrinşot etməyə imkan tapmışdırlar.
Bir müddət bundan əvvəl yığcam sportkarın GT4 RS modifikasiyasının 4,0-litrlik mühərriklə təchiz ediləcəyi barədə məlumatı Auto Express nəşrinə istinadən yaymışdıq.
Xatırladaq ki, Porsche Cayman GT4 modeli 385 at qüvvəli 3,8-litrlik altısilindrli mühərriklə təchiz edilir. GT4 modeli yerindən 100 km/saat həddinə 4,4 saniyəyə sürətlənir və 295 km/saat maksimal sürət həddinə malikdir. “Şimal ilgəyini” qət etməyə avtomobilə 7 dəqiqə 40 saniyə kifayət edir. Nəşrin həmsöhbətləri bu addımın atılmasını Cayman GT4 modelinə olan yüksək tələbat sayəsində olduğunu bildirmişdirlər.
Porsche 718 Cayman GT4 RS modelinin yaxın illər ərzində təqdim ediləcəyi ehtimal edilir.