Bir müddət budan əvvəl Porsche şirkəti Boxster və Cayman modellərini 2016-ci ildən artıq 718 seriyası kimi adlanacağını bildirmişdir. Məqsəd, Boxster və Cayman modelinin keçən əsrin ortalarında avtomobil idmanı yarışlarında müvəffəqiyyətlər qazanmış 1957-ci ilin Porsche 718 yarış avtomobilinin layiqli davamçılarının olmasını bir daha qeyd etmək idi. Alman şirkəti ortamühərrikli idman kupe və rodsterlərinin yeni indeksinin artıq 2016-cı ilin əvvəllərində tətbiq edıləcəyini də bildirmişdir.

Lakin, yenilənmə təkcə indekslə məhdudlaşmır. Təsdiq olunmamış məlumatlara görə Porsche həmçinin 718 Boxster və Cayman modellərini tam iki yeni turbo mühərriklə komplektləşdiriləcəkdir. Bunlardan birincisi 240 at qüvvəsi olan 2,0-litrlik mühərrikdir ki, bununla Boxster və Cayman’nın baza versiyaları təchiz olunacaqdır. İkinci, sıradakı 2,5-litr həcmli mühərrikdir ki, o da 718 Boxster/Cayman S modifikasiyası üçün 300, «bərkgedən» 718 Boxster/Cayman GTS versiyasında isə 370 at qüvvəsinə malik olacaqdır.

Gələn ilin mart ayında baş tutacaq Cenevrə avtomobil sərgisində təqdim olunacaq 718 Boxster/Cayman modellərinin dizayn cəhətdən də dəyişikliyə məruz qalacağı güman edilir. Lakin bu dəyişikliklər irimiqyaslı olmayacaq,