Porsche şirkəti 2024-cü ilin yazında 911 ailəsini yeniləməyə başlayıb və tədricən öz ikonasının müxtəlif versiyalarını çeşidə qaytarır. Məsələn, yanvar ayında arxa ötürməli Carrera S sportkarının yenilənmiş modifikasiyası təqdim olunub. İndi isə, Carrera 4S modelinin tam ötürməli modifikasiyası yenilənib. Əgər adi S sportkarı kupe və ya kabriolet kuzovu ilə təklif edilirsə, tam ötürməli versiya ənənəvi olaraq, bu il 60 illik yubileyini qeyd edən tarqa kuzovuna da malikdir.

Targa versiyası, 1965-ci ildə ABŞ bazarında kabrioletlər üçün daha sərt təhlükəsizlik standartlarının tətbiqindən sonra peyda olub və güclü təhlükəsizlik qövsü ilə seçilir. Əvvələr belə 911 modeli ön oturacaqların üstündəki çıxarıla bilən dam panelinə malik idi. 993, 996 və 997 seriyasından olan avtomobillərdə isə, artıq elektrik ötürməsi ilə açılan şüşə paneldən istifadə olunurdu.

Hazırkı konstruksiya ilk dəfə 2013-cü ildə 991 seriyasından olan modeldə debüt edib. Maqnezium xəlitəli dam paneli ön sərnişinlərin başlarının üstündəki arxa pəncərənin “qapağının” altına yığışdırılır – sonuncu mühərrik qapağı ilə birlikdə tam şəkildə qalxaraq geriyə doğru hərəkət edir. Bütün proses 19 saniyə çəkir, üst hissə qara, mavi, qırmızı və qəhvəyi rənglərdə təklif olunur.

Kabriolet və tarqada arxa oturacaqlar standart avadanlıqdır, lakin kupe üçün ikinci cərgə pulsuz seçimdir – məqsəd baza versiyasının çəkisini azaltmaqdır. Xarici dayaq baxımından Porsche 911 Carrera 4S modelləri arxa ötürməli "S" versiyasından heç nə ilə fərqlənmir. Onların interyerləri isə, artıq standart olaraq həqiqi dəri ilə üzlənir. Həmçinin təchizata LED optika, avtomatik qaralma funksiyası olan güzgüləri, simsiz şarj paneli və qabaqcıl kontur işıqlandırması daxildir.

Tam ötürməli avtomobillər, ön öxu qoşmaq üçün maye ilə soyudulan çoxdiskli muftası olan transmissiyanı qoruyub saxlayıblar. Üstəlik, tam ötürmə sistemi yenilənmədən əvvəlki avtomobillərdən demək olar ki, dəyişməz şəkildə köçürülüb, yalnız reduktorların ötürmə nisbətinə yenidən baxılıb. Mühərrik və alternativsiz səkkiz pilləli PDK "robotu" Carrera S versiyasındakı kimidir. 3,0-litrlik biturbo mühərrikin gücü 450-dən 480 at qüvvəsinə artırılıb, lakin fırlanma anı dəyişməyib - 530 Nm. Kupenin 100 km/saata sürətlənməsı 3,3 saniyə çəkir, maksimal sürət isə, 308 km/saatdır.

Bütün Porsche 911 Carrera 4S modelləri standart olaraq öndə 408, arxada isə, 380 millimetrlik diskləri olan GTS modifikasiyasından götürülmüş əyləclər ilə təchiz edilir. Bundan əlavə, standart təchizata tam idarələnən şassi və idman buraxılış sistemi daxildir. Öndə 20-düymlük, arxada isə, 21-düymlük təkər diskləri quraşdırılıb.
Yenilənmiş Porsche 911 Carrera 4S sportkarlarını artıq sifariş etmək mümkündür. Almaniyada kupenin qiyməti 163 min avrodan, kabrioletin isə, 177 min avrodan başlayır. Porsche 911 Targa 4S üçün ən azı 179 min avro ödəmək gərəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.