Porsche şirkəti onu İspaniyada təmsil edən Porsche Iberica bölməsinin 40-illik yubileyini 911 idman avtomobilinin xüsusi versiyasını buraxılmaq ilə qeyd edib. Cuarenta tərtibatı (ispan dilindən tərcümədə “qırx”) Style Porsche studiyası, Sonderwunsch fərdiləşdirmə şöbəsinin və Madrid bölməsinin birgə işidir.
Dizaynerlərin ilham mənbəyi Pireney yarımadasında yaşayan xalqların mədəniyyəti və adət-ənənələri olub. Yubiley nəşri Carrera GTS kupesinə əsaslanır və belə modifikasiya təsadüfən seçilməyib. Porsche şirkətinin İspaniyadakı bölməsinin tarixi məhz 911 sportkarının belə modifikasiyası ilə başlayıb.
Sportkar Porsche Exclusive Manufaktur tərəfindən yaradılmış Quercusverde yaşıl rənginə boyanıb ki, o da İspaniyada ən çox yayılmış ağacın – daş palıdının yarpaqlarının rəngini xatırladır. Həmin ağacın şəklini loqotiplərdə də görmək olar.
Arxa qanadlarda 80-ci illərdə məşhur olan qoruyucu örtük var. Təkər diskləri ikirənglidirlər, bu da Porsche Iberica bölməsinin fəaliyyətinin ilk illərinə işarədir. Sportkarın salonu Truffle Brown və Cohiba Brown dərisi (yəhər ustalarının işinə işarə), eləcə də məşhur Tartan naxışı olan tekstil ila bəzədilib.
Porsche 911 Carrera GTS Cuarenta Edition modeli 3.6-litrlik mühərrikə əsaslanan yeni hibrid güc qurğusu ilə təchiz edilir. Onun ümumi hasilatı 541 at qüvvəsi və 610 Nm təşkil edir. 992.2 nəslindən olan arxa ötürməli 911 Carrera GTS kupesi 100 km/saata tam üç saniyəyə sürətlənir. Maksimal sürət - 312 km/saatdır.
Xatırladaq ki, adi Porsche 911 GTS kupesi Almaniyada 170.600 avrodan başlayan qiymət ilə satılır. Yubiley versiyasının tirajı və qiyməti barədə heç bir məlumat verilməyib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.