2022-ci ilin payızında məşhur Porsche 911 sportkarı, alman avtomobil istehsalçısının nəinki iştirak etdiyi, həm də 1984-cü ildə qalib gəldiyi əfsanəvi Dakar ralli marafonunun adını daşıyan “ofroud” versiyasını alıb. 2023-cü ilin sonunda isə, sportkar qeyri-adi istismar şəraiti və çox qeyri-adi rəqib ilə üzləşib. Porsche komandasının peşəkar yarış pilotu peşəkar xizəkçi ilə yarışıb.
Avtomobil istehsalçısı firma 9:11 Magazine jurnalı üçün xüsusi olaraq, alman brendinin iki məşhur nümayəndəsini bir araya gətirib - Porsche brendinin səfiri, xizək idmanının əfsanəsi Aksel Lund Svindalı və Mobil 1 Supercup çempionatının iştirakçısı, Porsche Track Experience və Porsche Ice Experience məktəbinin baş təlimatçısı, yarış pilotu Yukka Honkavuorini.
Yarışın hər iki iştirakçısı Finlandiyadakı trasda - Svindal onun üçün ənənəvi olan dağ xizəyində, Honkavuori isə, 911 Dakar sportkarında yarışıblar. Ən sürətli olanı müəyyən etmək üçün hər iki idmançı zaçot məsafəsini qət etməli olublar. Bununla belə, Yeni il öncəsi keçirilən Milad yarışının nəticəsi öncədən bəlli idi - qazanan dostluq olub.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.