Porsche 911 modelinin tarixi boyu ən güclü və ekstremal modifikasiyası olan GT2 RS modeli Nürburqrinqin "Şimal işgəyinin" seriya avtomobilləri üçün olan rekordunu yeniləyib. Kupe treki 6 dəqiqə 47,3 saniyəyə qət edib.
Bu Lamborghini Huracan Performante tərəfindən göstərilmiş rekorddan beş dəqiqə yeyindir. Yürüşdə zavod pilotu Nik Təndi və test-pilot Lars Kernnin idarə etdikləri iki avtomobil iştirak edib. Lamborghini Huracan superkarının rekordu ilk dövrədə qırılmış, beş dövrə sonra isə hər iki avtomobil 6 dəqiqə 50 saniyənin altına enmişdir. Bununla belə, ən yeyin Kern olub - o ən yaxşı zamana imza ataraq, treki 184,11 km/saat orta sürətlə keçib.
Porsche 911 GT2 RS modelinin dünyəvi təqdimatı Qudvudda keçirilən Sürət Festivalında baş tutumuşdu. Arxa çəkişli superkar 700 at qüvvəsi hasil edən 3,8-litrlik altısilindrli biturbo mühərriklə və yeddi pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. Yerindən 100 km/saat həddinə yeni superkar 2,8 saniyəyə sürətlənir. Superkar yarış asqısını, tam idarələnən şassini, karbon-saxsı əyləc mexanizmlərini, 100 faizlik qapanması olan differensialı, idman rejimi olan yenidən tənzimlənmiş stabilizasiya sistemini, öndə 20-düymlük, arxada 21-düymlük təkər disklərini əldə edib.
Bu disklər müvafiq olaraq 265/35 və 325/30 ölçülü şinlərlə təchiz edilir.