Porsche 911 modelinin ən yeyin və güclü modifikasiyası olan GT2 RS modeli daxilolma kollektoruna su çilənməsi sistemini əldə edəcəckdir. Buna bənzər texnologiya artıq BMW M4 GTS sportkarında tətbiq edilir.
«Evo» nəşrinin bildirdiyinə görə, bu məqsədlə avtomobildə beş litrlik su çəni quraşdırılacaqdır. Bu çən Nürburqrinqdə üç sürətli dövrə vurmağa kifayət edəcəkdir. Beləliklə, Porsche 911 GT2 RS sportkarı Turbo S modifikasiyasından alınmış 3.8-litrlik altı silindrli turbomühərrik ilə təchiz ediləcəkdir.
Hələlik omoloqasiya keçməmiş avtomobillərdə bu aqreqatın gücü 650 at qüvvəsindən, fırlanma anı isə 750 Nm-dən çox olacaqdır. Arxadan çəkişli kupenin güc aqreqatı robotlaşdırılmış PDK ötürmələr qutusu ilə tandemdə çalışacaqdır. Porsche 911 GT2 RS modelinin çəkisi 1500 kiloqramı keçməyəcəkdir.
Çəkinin azaldılmasına bir sıra yüngül materialların tətbiqi nəticəsində nail olunacaqdır. Buna misal olaraq Gorilla Glass tərəfindən hazırlanmış arxa çüçəni göstərmək olar. Yeni model üçün, həmçinin, Weissach dəsti də təklif ediləcəkdir. Bu dəstin tərkibinə daxil olan karbon dam, yüngül çəkili təkər diskləri və təhlükəsizlik karkası sayəsində 30 kiloqram çəkiyə qənaət etmək mümkün olacaqdır.
GT2 RS modelinin təchizatına 100 faizlik qapanması və elektron idarəetməsi olan differensial, bu model üçün xüsusi olaraq hazırlanmış Michelin Pilot Sport Cup 2 təkərləri, 911 Cup 2 modelinin asqısını (çevirilmiş amortizatorları olan) təkrar edən yarış asqısı daxil ediləcəkdir. Ehtimallara görə, 911 GT2 RS modeli Nürburqrinqin «Şimal ilgəyini» yeddi dəqiqədən az zamana qət edəcəkdir. Modelin sələfi bu işə 7 dəqiqə 18 saniyə sərf etmişdir.