Acura şirkətinin NSX modelini yaradan mühəndisləri müqayisə üçün Porsche 911 GT3 trek sportkarını əldə etmişdirlər. Alman istehsalçısı nümayəndələri bu məsələdən agah olmuş və GT3 sportkarı təmirə gətirilən zaman avtomobilin mühərrik bölümündə "Porsche uğurlar diləyir. Başqa tərəfdə görüşərik" mətni olan məktubu yerləşdirmişdirlər. Bu barədə "Automotive News" dərgisinə NSX layihəsinin rəhbəri Nik Robinson məlumat vermişdir.
Yapon firmasının əməkdaşları avtomobili yerli diler mərkəzindən satın almışdırlar. 2014-cü ildə alman istehsalçısı bütün buraxılan avtomobillərin mühərriklərini dəyişmək məcburiyyətində qalmışdı. Acura şirkətinin əməkdaşları isə adi müştərilər kimi avtomobili təmir üçün təhvil vermişdirlər.
Alman şirkətinin hansı yolla avtomobilin sahibinin Acura şirkəti olduğunu öyrəndikləri hələ də məlum deyildir. "Automotive News" nümayəndələri Porsche əməkdaşlarının bunu avtomobilin müxtəlif elektron sistemində həkk edilmiş məlumatlar vasitəsi ilə öyrəndiyini ehtimal edirlər.
Bundan əlavə, Robinson NSX modelinin hazırlanması zamanı McLaren MP4-12C superkarını da əldə etdiklərini bildirmişdir. Avtomobili təmirə verərəkən McLaren əməkdaşları avtomobilin sahibinin Acura şirkəti olduğundan şübhələnməmişdirlər. "Onlar yalnız bizim hansı trekdə avtomobili 330 km/saat həddinə sürətləndirdiyimiz ilə maraqlanmışdılar" - deyən Robinson məsələyə aydınlıq gətirmişdir.