İki illik yorucu çalışmalardan sonra, Porsche 911 GT3 RS (992) sportkarı nəhayət ki, Manthey Kitini trek dəstini əldə edib. O, Porsche Development Centre tərəfindən Manthey Racing komandasının mühəndisləri ilə birlikdə işlənib hazırlanıb və yerəsıxma gücünü hiperkar səviyyəsinə qədər artırmağa imkan verir. 285 km/saat sürəti ilə Manthey Kit dəstini almış 911 GT3 RS modeli bir tona (860 kilqorama qədər) yerəsıxma gücü hasil edir. Belə güc döngələri daha yüksək sürətlə keçməyə imkan verir və ümumi sabitliyə müsbət təsir göstərir.

Avtomobil böyüdülmüş splitteri, Gerni qapaqları olan ön qanadları və 963 idman prototipindən götürülmüş və arxa pəncərəni əvəz edən karbonpastik panellə birləşdirilmiş stabilizator-üzgəci alıb.

Arxada bütün diqqəti bir neçə işçi səthi, DRS sistemi və böyüdülmüş yan lövhələri olan antiqanad, eləcə də avtomobilin altındakı hava axınını sürətləndirən və sportkarı yola sıxan nəhəng diffuzora cəlb edir.

Aerodinamik elementlərdən başqa, Manthey Kit dəstinə artmış yüklənməyə uyğunlaşdırılmış yenidən sazlanmış yayları və elektron idarə olunan iki klapanlı amortizatorları olan yarıaktiv asqı daxildir.

Onlar sərtliyin tənzimlənməsi üçün məlumatları təkərlərdəki dörd və kuzovdakı üç sürətlənmə sensorlarından alırlar. Əyləc xətləri polad olanlarla əvəz olunub, karbon-keramik mexanizmləri olan avtomobillər üçün isə, istiliyədavamlı yarış yastıqları təklif edilir.

Bundan başqa, işıqlandırılmış Manthey yazısı olan kompozit kandar lövhələrini, qapı proyektorlarını, stikerlər və yedək qarmaqlarını sifariş etmək mümkündür. Manthey Kit dəstinə sifarişlər artıq qəbul edilir, lakin hazır dəstlər yalnız 2025-ci ilin yanvarında Avropa dilerlərində peyda olacaqlar.

AB xaricindəki satışlara yazda başlanmalıdır. Böyük Britaniyada dəstin qiyməti 100 min funt sterlinq təşkil edir. Qeyd etmək gərəkdir ki, Dumanlı Albionda Porsche 911 GT3 RS sportkarının qiyməti 192,600 funt sterlinqdən başlayır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeri gəlmişkən, Porsche 991 GT2 RS Manthey Performance Kit sportkarı Nürburqrinq Sports Cars kateqoriyasında rəsmi dövrə rekordunun sahibidir (6:43,3), almanların isə, 911 GT3 RS sportkarı ilə yeni rekordu qeydə almaq planları var.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.