Alman istehsalçısı Michelin şirkəti ilə birlikdə 911 GT3 RS modeli üçün yağmur şinlərinin xüsusi versiyasını hazırlayıb. Pilot Sport S 5 modelinin çərçivəsinin həndəsəsini dəyişdirilib, rezin qarışığının tərkibinə yenidən baxılıb, toxunma səthi isə, optimallaşdırılıb. Yüksək silisium tərkibi yaş səthə yapışmanı yaxşılaşdırıb və daha şinlərin daha yeyin qızdırılmasını təmin edib. İşləmə temperaturunun diapazonu +5 ilə +15 °C arasındadır, lakin şinlər daha yüksək temperaturlarda da özlərini yaxşı hiss edirlər.

Pilot Sport S 5 modelinin protektor naxışında dərinliyi 7,4 millimetr olan dörd böyük uzununa kanal var. Onlar suötürən kimi fəaliyyət göstərir, akvaplanlama riskini azaldır və şinlərin səhtlə yapışma qabiliyyətini itirməyə başladığı həddi artırırlar. Yeni şinlər Ladudakı Michelin Development  Centre poliqonunda sınaqdan keçiriliblər və onlarla təchiz edilmiş 911 GT3 RS modeli tərəfindən qeydə alınan dövrə vaxtı, adi Michelin Pilot Sport Cup 2 şinləri ilə əldə edilmiş vaxtla müqayisədə 10 saniyə az olub.

Porsche şirkətinin verdiyi məlumatında Pilot Sport S 5 şinlərinin tamamilə yeni bir seqment açıdığı bildirilir. Əlbəttə ki, bu şinlər, ilk növbədə, Pilot Sport Cup 2 şinlərinin mövqe itirməyə başladığı trek günləri mövsümünü uzatmaq üçün nəzərdə tutulublar. Bununla belə, onlar xüsusən də tez-tez yağış yağan və sərin hava ilə xarakterizə olunan iqlimlərdə gündəlik istifadə üçün də uyğun gələcəklər. Bununla belə, Portuqaliyanın Portimao şəhərində aparılan sınaqlar göstəriblər ki, yeni məhsul həqiqətən yayda +20 °C-dən yuxarı olan temperaturdan qorxmur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şinrlər iki ölçüdə təklif olunacaqlar: ön təkərlər üçün 275/35 ZR 20, arxa üçün isə, 335/30 ZR 21. Bu şinlərin eksklüziv distribyutoru Nürburqrinq yaxınlığındakı Moyspat şəhərində yerləşən və Porsche avtomobillərinin təkmilləşdirilməsi üzrə ixtisaslaşmış Manthey şirkəti olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.