Cənubi Afrikada yerləşən və avtomobil detallarına bənzəyən qəhvə hazırlayan maşınlarının yaradılması üzrə ixtisaslaşmış Super Veloce şirkəti yeni modelini nümayiş etdirib. Bu, klassik Porsche 911 sportkarının oppozit mühərrikinə bənzəyən qəhvə hazırlayan maşındır.
Super Veloce şirkətinin təsisçisi Paolo Mastrocüzeppe, Formula 1 çempionatının tarixi və yarış avtomobillərinin mühərrikləri ilə maraqlanır. Şirkət dizaynerlərini qəhvə maşınlarını yaradan zamanı şirkət sahibinin bu marağını nəzərə alırlar. Amma bu dəfə, onların ilham mənbəyi Porsche 911 modelinin oppozit mühərriki olub.
Dizaynerlər nümunə kimi, 993 seriyasından olan və hava ilə soyudulan oppozit mühərriki ilə təchiz edilən sonuncu Porsche 911 modelinin güc aqreqatını görütüblər. Bu seriyadan olan qəhvə maşınlarının xətti Espresso Veloce RS Black Edition adlanır. Maşın tamamilə altısilindrli oppozit mühərrikinin quruluşunu təkrarlayır.
Şirkət, qəhvə maşını üçün istifadə etdiyi materialların keyfiyyətini orijinala uyğun etməyə çalışıb: maşının istehsalında alüminium, titan və paslanmayan poladdan istifadə edilir. Məsələn klapan qapaqlarını təqlid edən panel karbon lifindən hazırlanır. Belə detallar sayəsində qəhvə maşınının çəkisi 21,5 kiloqrama çatır. Eksklyüziv maşının qiyməti heç də ucuz deyil - 10 200 avro.