"Motor1" internet nəşri maraqlı bir layihəni gündəmə gətirmişdir. Bu Porsche 911 modelinin növbəti nəslinin ehtimal edilən görünüşü haqqında rusiyalı dizayner Saşa Selipanovun düşüncələridir. Xatırladaq ki, vaxitə Selipanov həmyerlimiz Samir Sadıxovla birlikdə Lamborghini Huracan və Bugatti Chiron modellərinin üzərində işləmişdir.
Dizaynerin sözlərinə görə, o, klassik kupenin ümumi siluetini qoruyaraq , ön və arxa hissədə təkamül xarakterli elementləri tətbiq etmişdir. Misal olaraq, Selipanovun hazırladığı 911 modeli Mission E prototipində nümayiş etdirilən işıqdiodlarından olan fənərlər bənzər işıq texnikasını əldə etmişdir. Bundan başqa, konseptin seçilən elementlərindən biri “double-bubble” formalı dalğavari formalı tavan olmuşdur. Ehtimallara görə, Porsche 911 modelinin növbəti nəsli 2020-ci ilə qədər işıq üzü görməlidir. Əvəllər sportkarın hibrid güc aqreqatı ilə də təchiz ediləcəyi barədə saiyələr də səsləndirilmişdi. Lakin, bu ilin yayında alman istehsalçısının nümayəndələri hal-hazırda eko-modelin istehsalının “mənasız” olduğunu bildirmişdirlər. Bununla belə, onlar gələcəkdə 911 modelinin hibrid və ya elektrik variantının olacağını istisna etməmişdirlər.