Porsche şirkəti 992 seriyasından olan 911 ailəsinin GT indeksini daşıyan ilk nümayəndəsinin təqdimat tarixini açıqlayıb: yeni Porsche 911 GT3 kupesi 16 fevral tarixində keçiriləcək onlayn tədbirdə debüt edəcəkdir.
Porsche şirkəti GT ailəsinin ilk modeli olacaq yeni kupenin növbəti tizerini yayımlayıb. İstehsalçı mətbuat üçün dərc etdiyi açıqlamada konkret modelını adı çəkməsə də, məlumat avtomobilə həsr edilmiş səhifədə şifrələnib: bu, yeni 911 GT3 modelidir.
Tizer, avtomobilin arxa hissəsində kifayət qədər iri antiqanadın olduğunu göstərir. Yeni sportkarın dünya premyerası 16 fevral, çərşənbə axşamı günü onlayn formatda baş tutacaq. Canlı yayım Bakı vaxtı ilə 18:00-da başlayacaqdır. Porsche şirkətindən, yeni GT3 modelinin hazırlanması zamanı, avtoidmandan götürülmüş texnologiyalardan istifadə edildiyini bildiriblər.
Almanlar yeni modelin həm yarış trekinde, həm də gündəlik istifadə zamanı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış xarakteristikalar ilə öyünə biləcəyini qeyd edirlər. Sportkarın 911 GT3 Cup adlanan trek versiyası keçən ilin dekabr ayında debüt dib. Bu kupe, Porsche Mobil 1 monokubokunda yarışmaq və milli kuzov çempionatlarında iştirak etmək üçün nəzərdə tutulub. 911 GT3 Cup modelinin ümumi yollara çıxışı qadağandır.
Porschee 911 GT3 Cup trek sportkarının kuzovu ilk dəfə olaraq Turbo versiyasından götürülüb və 510 at qüvvəli 4,0-litrlik altısilindrli oppozit mühərriki ilə hərəkətə gəlir.