Porsche şirkəti səkkizincii nəasil 911 modelinin Turbo versiyasını təqdim edib. Qeyd etmək gərəkdir ki, daha güclü Porsche 911 Turbo S modeli bu ilin yazında debüt edib. Təqdimat şəkillərindəki avtomobillərin dekorundakı nüansları nəzərə almasaq, Turbo və Turbo S modelləri demək olar ki. Zahiri cəhətdən eynidirlər. Porsche şirkətinin ən geniş fərdiləşdirmə proqramı təklif edir və müştəri istədiyi variantı sifariş edə bilər.

Porsche 911 Turbo modeli də 911 Turbo S sportkarı ilə eyni mühərrikə malikdir, lakin mühərriklərin təchiz edildiyi turbokompressorlar fərqlidirlər. 4,0-litrlik altısilindrli oppozit mühərriki 580 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir. Eyni göstəricilərə əvvəlki Porsche 911 Turbo S modeli malik idi. Hazırki 911 Turbo S modeli 650 at qüvvəsi və 800 Nm fırlanma anına malikdir.

İki muftalı 8-pilləli PDK "robot"u və ön oxu qoşan muftası olan tam ötürmə sistemi Turbo S versiyası ilə eynidır. Sportkar öndə tərəfdə 255/35 R20 ölçülü şinlər, arxa tərəfində isə 315/30 R21 ölçülü sinləri təchiz edilir. Şassidə də fərqlər var: Turbo versiyasında adaptiv amortizatorlar olan PASM asqısı quraşdırılıb, lakin 10 millimetr azaldılmış klirensi olan "sərtləşdirilmiş" variant üçün əlavə ödəniş etmək gərəkdir. Xatırladaq ki, Turbo S modifikasiyasında belə asqı baza təchizatına malikdir. PDCC hidravlik köndələn dayanıqlılıq sistemi də opsiyalar siyahısına daxil edilmişdir.

Dinamika cəhətdən yeni Porsche 911 Turbo modeli “S” indeksli modelə bir qədər uduzur. 911 Turbo modeli 100 km/saat həddinə sürətlənməyə 2,8 saniyə ( Turbo S - 2,7 saniyə) sərf edir. Sportkarın maksimal sürəti 320 km/saatdır ki, bu da Turbo S modelində olduğundan 10 km/saat azdır. Kabriolet versiyası daha yavaşdır. Bu fərqi aradan qaldırmaq üçün Lightweight Design dəstini sifariş etməklə azaltmaq olar. Yüngül ön oturacaqların quraşdırılması, arxa oturacaqlardan və səs-küy izolyasiyasının bir hissəsindən imtina avtomobilin çəkisini 30 kiloqram azaldacaqdır.
Bununla belə, yeni Porsche 911 Turbo modeli 911 Turbo S versiyasından 32 min avroya ucuzdur. Almaniyada kupenin qiyməti 181 min avrodan, kabrioletin isə, 194 min avrodan başlayır. Sportkara sifarişlər artıq qəbul olunur. Avtomobilin müştərilərə çatdırılmasına payızda başlanacaqdır.