Porsche şirkəti 992 seriyasından olan 911 Turbo S modelini təqdim edib. Kupe sələfindən daha güclü olub və 100 km/saat həddinə əvvəlki 2.9 əvəzinə 2.7 saniyəyə sürətlənir.
Yeni Porsche 911 Turbo S modeli daha enli olub. Sportkar ön tərəfdə 45 millimetr, arxada isə 20 millimetr genişlənib. Avtomobilin ön təkər izi də dəyişib: öndə genişlənmə 42 millimetr, arxa hissəsi isə10 millimetr olub. İlk dəfə olaraq, model müxtəlif ölçülü disklər ilə təchiz edilir: öndə 20-düymlük, arxada isə 21-düymlük disklər quraşdırılıb.
Sportkar 650 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 3,8-litrlik biturbo oppozit mühərriki ilə hərəkətə gəlir. Bu, sportkarın sələfində olduğundan70 at qüvvəsi və 50 Nm çoxdur.
Yerindən 100 km/saat həddinə sürətlənməyə Porsche 911 Turbo S modeli 2,7 saniyə sərf edir ki, bu da əvvəlki modeldə olduğundan 0,2 saniyə yeyindir. 200 km/saat həddini toplamağa sportkara 8,9 saniyə tələb olunur. 911 Turbo S modelinin maksimal sürəti 330 km/saatdır.
911 Turbo S modelinin mühərriki yenidir. Aqreqat, işçi hissəsinin dəyişkən geometriyası olan iki turbokompressor, pyezoçiləyicilər və elektrik aktuatorlu klapanlar ilə təchiz olunur. Mühərrik üçün dörd hava qəbulu nöqtələri nəzərdə tutulub. Kanalların köndələn kəsiyi böyüdülmüş və axına müqaviməti azaldılmışdır.
Porsche 911 Turbo S modelinin təchizatına Porsche Traction Management (PTM) tam ötürməsi, dəyişən yol şəraitinə daha yeyin reaksiya verən amortizatorları və 10 millimetr azaldılmış hündürlüyü olan Porsche Active Suspension Management (PASM) idman asqısı, və hərəkət edən çəpərcikləri olana idman buraxılış sistemi daxil edilib.
Bundan başqa, 911 Turbo S modeli pnevmatik ötürməli ön spoylerə və böyüdülmüş arxa antiqanada sahib olub. Bu elementlər aerodinamik dayağa 15 faiz daha çox yerəbasma gücü hasil etməyə imkan verir.
Sportkarın baza təchizatına GT idman sükan çarxı, Porsche Track Precision tətbiqinə malik olan Sport Chrono paketi və həcmli səslənməsi olan Bose səs sistemi də əlavə edilib.