Amerikan “Car & Driver” nəşri 992.2 indeksli 911 sportkarının yenilənmiş xətti barədə təfərrüatları öyrənib. Qeyri-rəsmi məlumatlara görə, qlobal reinjinirinq planlaşdırılır: Turbo və Turbo S versiyaları 3,6-litrlik turbomühərrikə sahib olacaqlar (indiki 3,75-litrlik əvəzinə), GTS versiyası 3,0-litrlik turbomühərrikdən 3,6-litrlik atmosfer mühərrikinə qayıdacaq. Eyni mühərrik gələcəkdə GT3 modelində də quraşdırılmaslıdır.

Yenilənmiş Porsche 911 ailəsində hibridlər də peyda olacaq, özü də, söhbət 2,0 kilovat-saatlıq Varta batareyası ilə təchiz edilmiş özüdoldurulan versiyadan gedir. İddialara görə, alman istehsalçısı elektrik sistemini Rimac ilə birgə hazırlayıb, kinetik enerjinin rekuperasiyası sistemi isə, Formula 1-də tətbiq olunan sxemə uyğun olaraq yaradılıb. T-HEV modulunun çəkisinin 25 kiloqramdan çox olmadığı və elektrik mühərrikinin benzin “altılığını” əlavə 80-90 at qüvvəsi təmin edəcəyi söylənilir.

Hibrid qurğulu Porsche 911 modeli GTS və Turbo versiyalarının arasında yerləşəcək. Gələcəkdə oxşar benzin-elektrik sistemi ən hardkor 911 sportkarında – Porsche 911 GT2 RS versiyasında peyda olmalıdır. Hardkor versiya üçün öndə ayrıca elektrik mühərrikləri olan tam ötürmə sistemi də nəzərdə tutulub.

Baza 911 Carrera ailəsi altısilindrli 3,0-litrlik oppozit turbomühərriki qoruyub saxlayacaq, lakin güc aqreqatının hasilatı bir qədər artırılacaq. GTS versiyasını isə, yeni nəsil 3,6-litrlik atmosfer mühərrikinə keçəcək, lakin bu aqreqat güc itkisi ilə qarşılaşacaq. Turbo və Turbo S versiyalarının kapotunun altında eyni həcmli, lakin turbokompressorlu aqreqat peyda olacaq. Növbəti nəsildə isə, 3,6-litrlik atmosfer mühərriki GT3/GT3 RS versiyasının 4,0-litrlik mühərrikini əvəz etməlidir.

İnsayder məlumatların təsdiqi yoxdur, lakin Porsche 911 sportkarının restaylinqinə az qalıb, ona görə də, şübhəsiz ki, Ştutqartda əfsanəvi model üçün inkişaf proqramı mövcuddur. Şayiələrin təsdiqini tapıb-tapmayacağını zaman göstərəcək. Bununla belə, alman şirkətindən 911 modelinin daxili yanma mühərriki ilə vidalaşan sonuncu Porsche avtomobili olacağını bildiriblər. Ona görə də benzin mühərriklərinin yeni ailəsinin işlənib hazırlanması məntiqli görünür.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.