Porsche 918 superhibridinin son nüsxəsi 2015-ci ilin yayında buraxılıb. O gündən bəri alman markası superhibridin varisi barədə heç bir məlumat verməyib. İndi isə, şirkətin avqust ayında Porsche GT1 adlanan yeni hiperkar haqqında ilk məlumatları açıqlamağa hazırlaşdığı barədə şayiələr peyda olub.
Porsche rəhbərinin əvvəl də söyədiyi kimi, hiperkarın seriya versiyasının 2025-ci ildən əvvəl debüt etmək ehtimalı yoxdur. Xatırladaq ki, alman markası GT1 adından 1990-cı illərin sonunda istifadə edib. O zaman, bu ad yarış avtomobilinə və onun yol versiyasına verilmişdi.
Porsche 919 Street
"Drive"nəşrinin Porsche şirkətinin Şimali Amerika nümayəndəliyinin əməkdaşlarından birinə istinadən verdiyi xəbərə görə, GT1 adlandırılmış flaqman hiperkarının üzərindəki çalışmalara artıq start verilib. Üstəlik, alman markasının yeni hiperkarı almaq istəyən VIP müştərilərindən depozit qəbul etdiyi də iddia olunur. Avtomobil orta mühərrikli quruluşa malik olacaqdır.
Almanlar hiperkarı Carrera GT və 918 modellərinin ideoloji davamçısı kimi səciyyələndirirlər. Şayiələrə görə, yeni hiperkar barədə ilk rəsmi məlumat bu ilin avqustunda veriləcəkdir. GT1 hiperkarı son nəsil 911 sportkarına və ya Porsche yarış modellərindən birinin əsasında yaradıla bilər. Məsələn, hiperkar LMDh kateqoriyasından olan hibrid sportprototipə əsaslana bilər.
Porsche 919 Street
Porsche şirkətinin rəhbəri Porsche 918 Spyder modelinin varisi olacaq yeni hiperkarın 2025-ci ildən öncə debüt etməyəcəyini bildirib. Bunun səbəbinin hiperkarın şirkət üçün prioritet məsələ olmadığıdır.
Bu ildən başlayaraq, alman markası model çeşidinin elektrifikasiyasına istiqamət götürüb və həm satılan avtomobillərin sayında, həm də əməliyyat mənfəətində yeni rekordlara imza atmaq niyyətidədir. Buna görə də, hiperkar hələlik gözləyə bilər. Porsche 918 Spyder modelinin varisinin hibrid və ya sırf elektrik güc qurğusunu alacağı barədə məlumat verilməyib.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.