Yaxın zamandlarda Sotheby’s onlayn hərracına kolleksiya əhəmiyyəti daşıyan Porsche 935 superkarı çıxarılacaqdır. Trek avtomobilini sahibinə dörd ay bundan öncə çatdırıblar. Bununla belə, avtomobili alan şəxs ondan istifadə etməyə imkan tapmayıb. Lotun qiymətləndirilməsi aparılıb və onun dəyərinin 1.275.000 – 1.375.000 avro olduğu müəyyənləşdirilib.
Yeni Porsche 935 modeli 911 GT2 RS sportkarının bazasında inşa ediblər. Yeni sportkarın kuzovu fibrplastikdən hazırlanıb. Avtomobil 919 Hybrid və 911 GT3 R modellərinin eksteryer detallarına da sahib olub. Porsche 935 sportkarı 3,8-litrlik iki turbokompressorlu oppozit mühərriki ilə hərəkətə gəlir.
Yeddi pilləli PDK “robotu” ilə tandemdə çalışan güc aqreqatının hasilatı 700 at qüvvəsi və 750 Nm-dir. Modelin təchizatına Porsche Stability Managment (PSM) stabilizasiya sistemi, ayrıca konturları olan əyləc sistemi, öndə 380, arxada isə 355 millimetrlik əyləc diskləri, 115-litrlik yanacaq çəni, yüksək sürtünməli differensial və təhlükəsizlik karkası daxildir
Avtomobilin salonunda Recaro “çömçə” kresloları, yarış cihazlar paneli, pit-leyndə sürət həddini məhdudlaşdıran düymə olan karbon sükan çarxı, altınöqtəli təhlükəsizlik kəmərləri və ağac ilə bəzədilmiş ötürmə qutusunun selektor var. Superkarın baza təchizatında kondisioner də vardır. Sərnişin oturacağı əlavə avadanlıqlar siyahısına daxil edilmişdir.
77 nüsxəlik tirajla buraxılacaq Porsche 935 sportkarının qiyməti vergilər nəzərə alınmadan 701.948 avro təşkil edir. RM Sotheby's hərrac evi tərəfindən satışa çıxarılmış superkar Martini livreyasına malikdir.