Artıq, 702 min avroya satılan eksklyuziv Porsche 935 superkarını yeddi klassik livreyada sifariş etmək mümkün olacaqdır. Onlardan hər biri vaxtı ilə tarixi yarış avtomobilində uğurlar qazanmış komandaların livreyalarını xatırlatmalıdır.
Müasir Porsche 935 superkarının dizayneri Qrant Larsonunu başçılıq etdiyi stilistlər komandası yeni işlərini «geridə qalan avtoidman erasının yeni interpretasiyası» adlandırıblar. Hər bir livreya Porsche 935 modelində bu və ya digər yarışlarda qalib gəlmiş komandalara olan hörməti tərənnüm edir. Onların arasında 1970-ci ildə ümumi birincilikdə markanın ilk qələbəsini əldə edən Porsche Salzburg Team və 1979-cu ildə keçirilmiş marafonun qalibi Kremer Racing komandaları da vardır.
Yeni Porsche 935 modeli 911 GT2 RS sportkarının bazasında inşa ediblər. Yeni sportkarın kuzovu fibrplastikdən hazırlanıb. Avtomobil 919 Hybrid və 911 GT3 R modellərinin eksteryer detallarına da sahib olub. Porsche 935 sportkarı 3,8-litrlik iki turbokompressorlu oppozit mühərriki ilə hərəkətə gəlir.
Yeddi pilləli PDK “robotu” ilə tandemdə çalışan güc aqreqatının hasilatı 700 at qüvvəsi və 750 Nm-dir. Modelin təchizatına Porsche Stability Managment (PSM) stabilizasiya sistemi, ayrıca konturları olan əyləc sistemi, öndə 380, arxada isə 355 millimetrlik əyləc diskləri, yüksək sürtünməli differensial, təhlükəsizlik karkası və altınöqtəli kəmərlər daxildir.
77 nüsxəlik tirajla buraxılacaq Porsche 935 sportkarının qiyməti vergilər nəzərə alınmadan 701948 avro təşkil edir. İlk avtomobillər 2019-cu ilin iyununda müştərilərə təhvil veriləcəkdir.