Koronavirus pandemiyası avtomobil istehsalçılarını onlayn müştəri xidmətlərini genişləndirməyə məcbur edir. Porsche şirkəti də bu işdən kənarda qalmayıb. Bu günlərdə alman istehsalçısı Track Your Dream adlanan xüsusi mobil tətbiqini istifadəyə verib.
Yeni tətbiq sayəsində Porsche 911 modeli sifariş etmiş müştərilər avtomobillərinin yığılmasından başlamış dilerə çatdırılmasına qədər baş verən prosesi izləyə bilələr. Hələlik bu xidmət yalnız 911 modelini sifariş etmiş şəxslər üçündür və onlar idman avtomobilinin istehsalının bütün mərhələlərini izləmək şansına malidirlər - Zuffenhauzendəki konveyer xəttinin yanında iki kameranın quraşdırılmışdır.
Almaniyadakı zavod ilə avtomobilin təyinat yerinə çatdırılması arasında avtomobilin istehsala hazırlanması, yığılması və logistikası da daxil olmaqla 14 istehsal mərhələsindən keçəcəkdir. Tezliklə yeni tətbiq Porsche şirkətinin ilk elektrokarı olan Taycan modelinin sahibləri üçün də əlçatan olacaqdır.
Hazırda Track Your Dream tətbiqindən ABŞ, Almaniya, Böyük Britaniya, Kanada, İsveçrə və İspaniyada yaşayan Porsche 911 sportkarını sifariş etmiş şəxslər yararlana bilərlər. Yaxın zamanlarda tətbiqin istifadə coğrafiyasının genişləndirilməsi də nəzərdə tutulub.