1952-ci ildən başlayaraq Porsche şirkəti Şimali Amerika bazarı üçün xüsusi olaraq, idman avtomobillərindən birinin eksklüziv üstü açıq variantını istehsal edir. 2022-ci ildə əsas olaraq, 356 America Roadster modelinin 70 illiyinə və 964 America Roadster modelinin 30 illiyinə həsr edilmiş 992 nəslindən olan 911 Carrera GTS Cabriolet modeli götürülüb. Ənənəvi olaraq, America xəttindən olan yeni idman avtomobili məhdud sayda və yalnız Şimali Amerika bazarı üçün buraxılacaqdır.

Texniki cəhətdən sportkar dəyişməyib. Porsche 911 Carrera GTS Cabriolet America modeli 480 at qüvvəli 3,0-litrlik oppozit turbomühərriki ilə təchiz edilir. Kabrioletin standart təchizatına hündürlüyü 10 millimetr aşağı salınmış Porsche Active Suspension Management Sport (PASM) asqısı, idman buraxılış sistemi və Sport Chrono Package paketi daxildir.

Əsas dəyişikliklər tərtibatdadır. Kabriolet Guards Red və Pebble Grey rəngli saplarla tikişləri olan qara dəri salonu, qırmızı rəngli Guards təhlükəsizlik kəmərlərini, cihazlar panelinin və taxometrin ağ siferbatını əldə edib. Xüsusi versiyanın loqotipi mərkəzi dirsək dayağında qabarıq şəkildə həkk olunub, kandarlarda isə işıqlandırılan lövhələr peyda olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Porsche Exclusive Manufaktur mütəxəssisləri 1953-cü ilin 356 America Roadster modelindən ilhamlanaraq xüsusi Azureblue356 kuzov boyasını yaradıblar. RS Spyder Design təkər disklərinin milləri daxildən ağ rəngə, xaricdən isə gümüşü rəngə boyanmış səthə malikdirlər.

Disklərin çənbəri qırmızı Guards rəngli haşiyəsi ilə seçilir. Yan tərəfə üzrində “America” yazısı və Red Gards haşiyələri olan ağ zolaqlar vurulub, arxa tərəfdəki “911 Carrera” nişanı ağ, “GTS” nişanı isə qırmızı rəngdədir. Eksklüziv sportkarın tirajı və qiyməti barədə məlumat verilmir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.