Porsche şirkətinin seriya elektromobillərini hazırladığına baxmayaraq, alman markası ənənəvi daxili yanma mühərriklərindən imtina etməyi planlaşdırmır. Üstəlik, GT bölməsi atmosfer mühərrikləri və mexaniki ötürmələr qutusunu qoruyub-saxlamaq niyyətindədir.
Bu barədə WichCar.com saytına müsahibə verən Porsche GT bölümünün rəhbəri Andreas Preuninger bildirib. O, bölmənin müştərilərinin yarısının mexaniki qutunu seçdiyini bildirərək, bu qutudan imtinanın mənasız olduğunu söyləyir. Preuningerin fikrincə, məz atmosfer mühərrikləri və mexaniki ötürmələr qutusu GT modellərinin ruhu və onların sürücüləri üçün həzz mənbəyidir.
Buna misal olaraq o, altısilindrli atmosfer mühərriki və 6-pilləli mexaniki qutu ilə təchiz edilmiş yeni ekstremal Porsche 718 Cayman GT4 və 718 Boxster Spyder sportkarlarını nümunə göstərib. Preuninger belə avtomobillərə sahib olmaq istəyən auditoriya olduqca, Porsche markasının onların ömrünü uzadacağını bildirib.
GT bölümünün rəhbəri belə mühərrik və transmissiyaların yaxın on illikdə alman markasının arsenalında qalacağını bildirib. Ekoloji standartların tədricən sərtləşdiyini nəzərə alsaq, GT bölümünün gələcəkdə turbomühərriklərə keçməsini labüd edir.