Porsche şirkəti Cayenne modelini ekoloji cəhətdən daha yaxşılaşdırmaq və avropalı alıcılar üçün daha cəlbedici etmək üçün, onun hibrid versiyanın batareyasının tutumunu artırıb. Əlavə olaraq, almanlar hərəkət zamanı batareyanı doldurmağa imkan verən rejimi yaxşılaşdırıblar.
Daha səmərəli hibridlərə sahib olan yenilənmiş Panamera ailəsinin təqdimatından sonra, Porsche şirkəti Cayenne E-Hybrid və top Turbo S E-Hybrid versiyasının batareyaları yenilənib. İndi benzin-elektrik versiyaları əvvəlki 14,1 əvəzinə 17,9 kilovat-saatlıq batareya ilə təchiz edilir.
Batareyanın həcminin artması ilə birlikdə modellərin yürüş ehtiyatı 30% artıb. Böyük batareyaya sahib olan Cayenne E-Hybrid krossoveri WLTP dövrünə əsasən 48 kilometrə qədər, daha güclü Turbo S E-Hybrid modeli isə 42 kilometrə qədər elektrik enerjisi ilə hərəkət edə bilər. Artırılmış yürüş ehtiyatı sayəsində Cayenne modelinin almaniyalı sahibləri “E” hərfi olan nömrə nişanını qeydiyyatdan keçirərək vergi güzəştləri ala biləcəklər.
Dəyişikliklər E-Charge rejiminin alqoritmini də təsir edib. Rejimin aktivləşdirilməsi halında, daxili yanma mühərrikindəki yükü artırılıb - indi hərəkət zamanı batareya daha yeyin doldurulur. Ancaq enerji tutumu 80 faizə çatdıqda, proses dayanır, çünki bu həddən sonra bərpa sürəti yavaşlayacaqdır. Əvvəllər E-Charge rejimi batareyanı100 faizə qədər doldururdu. Məhsuldarlığa yönəldilmiş Sport və Sport Plus rejimləri də yenidən nəzərdən keçilib - bu halda batareya sürətlənmə üçün kifayət olacaq minimuma qədər doldurulur.
Cayenne Hybrid modelinin batareyasını “ağıllı” Mobile Charge Connect qurğusundan istifadə edərək ev şəbəkəsindən dodurula bilər. Bu qurğu yükləmə vaxtını təyin etməyə imkan verir - məsələn, elektrik enerjisi ucuz olduğu gecə vaxtı. Eləcə də bu qurğu səyahətdən əvvəl salonu havalandırmaq üçün kondisioneri avtomatik şəkildə işə sala bilir.
Eyni zamanda, opsional Home Energy Manager sistemi də mövcuddur ki, bu da ev şəbəkəsini həddən ziyadə yüklənməsini aradan qaldıraraq, elektrik cərəyanının doldurulma səviyyəsini avtomatik olaraq tənzimləyir. Sistem evdəki günəş panellərinin mövcudluğunu nəzərə alaraq, imkan daxilində onlardan istifadə etməyə çalışacaqdır. Yükləmənin maksimal gücü modeldən asılıdır və 7,2 kilovata çatır.