Nə pandemiya, nə də mikroçip qıtlığı Porsche şirkətinə 2021-ci ildə öz tarixindəki ən yüksək satış rəqəmlərini əldə etməyə mane ola bilməyib. Şirkətin dərc etdiyi illik hesabata əsasən, keçən il alman istehsalçısı dünya üzrə 301.905 yeni avtomobil satıb ki, bu da 2020-ci ildə olduğundan 11 faiz çoxdur.Özü də satışların artımı bütün dünya üzrə qeydə alınıb: çinlilər 95.671(+ 8,0%), amerikalılar isə 70.025 avtomobil alıblar ki, bu da keçən illə müqayisədə 22 faiz çoxdur.
Porsche yerli bazarda ili 28.565 ədədlik satış göstəricisi ilə başa vurub, Avropa üzrə ümumi satışlar isə 86.160 avtomobil (+ 7,0%) təşkil edib. Alman markasının nümayəndələri avropalıların aldığı avtomobillərin 40 faizinin ya qoşulan hibrid və ya elektrokarlar olduğunu bildiriblər.
2021-ci ildə satışların artmasına təkan verən əsas model Macan krossoveri olub: bu modeli 88.362 nəfər əldə edib. Cayenne kiçik “qardaşından” bir qədər geridə qalıb və ili 83.071 ədədlik satış göstəricisi ilə tamamlayıb. Taycan elektrik sedanının ümumi satışları 2020-ci ilə nisbətən iki dəfə artıb və satılmış 911 modellərinin sayını keçib. Taycan modelini 30.220 nüsxədə satıılmış Panamera modeli, habelə 20.502 ədədlik nəticəni göstərmiş Boxter/Cayman cütlüyü təqib edir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.